Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclərin məşhurlarla görüşü layihəsi - “Armudu”

27 may 2021 | 11:00

28 may - Respublika günü münasibəti ilə “Armudu” gənclərin məşhurlarla onlayn görüşü” layihəsinin qonağı millət vəkili, tarix elmləri doktoru, professor Anar İsgəndərov olmuşdur. Onlayn görüşdə Respublikamızın müxtəlif bölgələrindən olan gənclərin ünvanladığı suallara dəyərli fikirləri və məsləhətləri ilə səmimi cavablar verən Anar İsgəndərov gənclərlə maarifləndirici söhbətlər etmişdir.

Onlayn görüşdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları və rayon gəncləridə iştirak etmişdir.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Armudu” layihəsi çərçivəsində gənclərimiz məşhur insanlarla görüşür. Koronavirus infeksiyası ilə bağlı ölkəmizdə elan edilmiş karantin müddətində #evdəqalinkişafet şüarı ilə davam edən layihə onlayn formada Zoom proqramı vasitəsi ilə həyata keçirilir.

Keçidlər