28 May – Respublika Günü münasibətilə onlayn konfrans keçirilib.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə, 28 May – Respublika Günü münasibəti ilə “Gənclik və dövlət müstəqilliyi: gələcəyə baxış” mövzusunda onlayn konfrans keçirilib. Konfransın proqramına uyğun olaraq, əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda Şəhid olmuş həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Açılış nitqi ilə çıxış edənlər – Gənclər və idman nazirinin müavini İntiqam Babayev və Gənclər Fondunun İcraçı direktoru Fərid Cəfərov tədbirin məqsədi və əhəmiyyətindən danışıblar. Daha sonra AMEA-nın müxbir üzvü, millət vəkili, professor Musa Qasımlı, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev, Heydər Əliyev siyasi məktəbini öyrənirik “Gənc liderlər” proqramının məzunu, Vətən müharibəsi iştirakçısı Coşqun Hidayətov və AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi Etnoqrafiya Fondunun direktoru, tarix üzrə fəlsəfə doktoru Sevinc Nəsirova çıxış edərək Azərbaycan gəncliyinin uğurlarından, müxtəlif yönümlü gənclər təşkilatlarının həyata keçirdiyi davamlı layihələrdən, gənclərin Vətənə məhəbbət, dövlətçiliyə sədaqət, milli-mədəni irsimizə hörmət ruhunda formalaşmasından, danışıblar, müstəqil dövlətçilik ənənələrinin inkişaf etdirilməsində gənclərin rolunu yüksək dəyərləndiriblər.
Tədbirdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Rüfət Quliyev və Ağcabədi rayon gəncləridə iştirak etmişdir.