Şriftin ölçüsü :

Saytın rəngi :

“Gənclərin vətənpərvərlik tərbiyəsində milli-mənəvi dəyərlərin rolu” mövzusunda zona onlayn konfrans keçirilmişdir.

27 may 2021 | 11:00

Gənclər və İdman Nazirliyi tərəfindən “Gənclərin vətənpərvərlik tərbiyəsində milli-mənəvi dəyərlərin rolu” mövzusunda respublikanın rayon və şəhərlərinin gənclərinin iştirakı ilə zona onlayn konfransı keçirilmişdir.

Tədbirlərin keçirilməsində əsas məqsəd, gəncləri vətənpərvərlik tərbiyəsində milli-mənəvi dəyərlərimizdən yararlanmaq, şəxsiyyətin formalaşmasında həmin dəyərlərin xüsusi və böyük əhəmiyyətini təbliğ etməkdir.

Tədbirdə Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İntiqam Babayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdir müavini Rəhim Rəhimli, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Hatəm Gülməmmədov və Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev çıxış etmişdir.

Çıxış edən natiqlər Ali Baş Komandan möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş tarixi Qələbədən, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun mənəvi gücündən, dövlətin bu sahədə həyata keçirdiyi davamlı siyasətdən və qarşıda duran əsas məqsəd və vəzifələrdən, gənclərin tərbiyə olunmasında milli-mənəvi dəyərlərin rolunun əhəmiyyətindən danışdılar. Eyni zamanda, milli-mənəvi dəyərlərimizin qorunmasının vacibliyini və gələcək nəsillərə ötürülməsində indiki gəncliyin rolundan bəhs etdilər.

Sonda rəsmilər tərəfindən konfrans iştirakçılarının sualları cavablandırıldı.

Tədbirdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Rüfət Quliyev, idarənin əməkdaşları və Ağcabədi rayon gəncləridə iştirak etmişdir.

Keçidlər