Ağcabədidə ictimai qadınlar erkən nigahla bağlı bir araya gəldi.
YAP Ağcabədi rayon Təşkilatı Qadınlar Şurası, “Gənclər üçün Təhsil Mərkəzi” Qarabağ Regional ofisi ilə birlikdə “Erkən nigah-Qadın təhsilinin ölümüdür” adlı layihənin icrasına başlamışdır.
Layihənin məqsədi yeniyetmə və gənclərin təhsilə cəlb edilməsi istiqamətində töhvə vermək və xüsusilədə qızların təhsildən yayınmasına səbəb olan erkən nigah hallarının qarşısının alınması istiqamətində maarifləndirmə işinin gücləndirilməsidir.
Layihə üzrə mərkəzə müraciət edən erkən nigahın qurbanı olan xanımlar və valideyinlər,eləcədə əlaqədar qurumların münayəndələri ilə psixoloji,hüquqi maarifləndirmə seminarlarının və fərdi söhbətlərin nəzərdə tutulmuş,layihə çərçivəsində silsilə görüşlərin keçirilməsi nəzərdə tutulmuşdur.
Bu məqsədlə 12 avqust 2014-cü il tarixində Ağcabədi rayon,Cəfərbəyli kəndində,14 avqust 2014-cü il tarixində isə Rəncbərlər və Hüsülü kəndlərində görüşlər keçirilmişdir.Görüşdə təhsil işçiləri ictimai xadimlər,bələdiyyə, icra nümayəndələri və erkən nigahdan zərər çəkən valideyinlərlə bərabər gənc xanımlar,eləcə də 5 saylı tam orta məktəbin direktoru, Qadınlar Şurasının üzvü Solmaz Rəhimova, GTM Qarabağ ofisinin rəhbəri,YAP Ağcabədi Rayon Təşkilatının Qadınlar Şurasının sədr müavini Radə Qafarova, şura üzvü Jalə Məlikova,GTM Qarabağ ofisinin əməkdaşı Sevinc Quliyeva iştirak etmişdir.Çıxış edənlər erkən nigahın səbəblərindən,onun törətdiyi fəsadlardan danışaraq bu problemin həllinə kömək edə biləcək təkliflər səsləndirmişlər.