Ağcabədidə pambıq səpini yekunlaşıb
25 may 2021 | 11:00
Ötən il bol məhsul əldə etdiklərini bildirən Ağcabədili fermerlər bu il də məhsuldarlığın yaxşı olacağını proqnozlaşdırır:
Qeyd edək ki, bu il Ağcabədidə fermerlerlə 11 min hektar sahədə pambıq əkini üçün müqavilələr bağlanıb. Ötən il rayon üzrə orta məhsuldarlıq hər hektar üçün 35,54 sentner olub.
Ümumilikdə strateji məhsul sayılan pambıqçılığa artan maraq və görülən tədbirlər nəticəsində 2020-ci ildə ölkə üzrə 336 min ton pambıq istehsal olunub. Bu isə 2019-cu illə müqayisədə 41 min ton çoxdur.