Şriftin ölçüsü :

Saytın rəngi :

Hindarx qəsəbəsində xatirə bulaq kompleksinin açılışı olmuşdur

22 may 2021 | 11:00

20 may 2021-ci il tarixdə Hindarx qəsəbəsində Vətən müharibəsi qəhrəmanı şəhid Ömər Rəhimlinin xatirəsinə həsr olunmuş bulaq kompleksinin açılış mərasimi keçirilib. Şəhidin adını daşıyan küçədə inşa edilmiş xatirə bulaq kompleksinin açılış mərasimində Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq-mühafizə orqanlarının rəhbərləri, icra və bələdiyyə nümayəndələri, qəsəbə sakinləri, ziyalılar, müəllimlər, şəhid valideynləri, yaxın qohumları, din xadimləri, media mənsubları iştirak ediblər.

​Mərasimi Milli Qəhrəman Etibar İsmayılov adına  Hindarx qəsəbə 1 saylı tam orta məktəbin direktoru Qaryağdı Qarayev açaraq, Vətən müharibəsi qəhrəmanı, igid döyüşçü Ömər Rəhimlinin keçdiyi qısa, lakin şərəfli ömür yolundan, cəbhələrdə göstərdiyi hünərləri haqqında məlumat vermişdir. Sonra söz Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynova verilmişdir. Rayon rəhbəri şəhidlərimiz haqqında, o cümlədən öz həyatlarını Vətən yolunda qurban verən Hindarxın igid oğulları barədə ətraflı danışıb. Qeyd olunub ki, 44 günlük müharibə ərzində misilsiz rəşadət göstərmiş şəhidlərin, o cümlədən Ömər Rəhimlinin əziz xatirəsi unudulmur, daim hörmət və ehtiramla yad olunur.

​Sonra Hindarx qəsəbə ümumtəhsil məktəblilərin ifasında Vətən, torpaq, şəhid mövzusunda şeirlər və mahnılar səsləndirilib. Daha sonra tədbirdə məktəblilər tərəfindən hazırlanmış “Ana və oğul” ədəbi-bədii kompozisiyası nümayiş etdirilib. Şəhid Ömər Rəhimlinin atası, tanınmış ziyalı Rəşad Rəhimov çıxış edərək, göstərilən diqqət və qayğıya görə ailə üzvləri adından dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevə və rayon icra hakimiyyətinin rəhbərliyinə  öz təşəkkür və minnətdarlığını bildirib. Mərasimin sonunda şəhid Ömər Rəhimlinin ruhuna dualar oxunmuş və ehsan verilmişdir.

Keçidlər