Ağcabədi rayon Heydər Əliyev Mərkəzində "Nizami Gəncəvi ili" çərçivəsində növbəti tədbir keçirildi.
Pandemiya qaydaları gözlənilməklə Ağcabədi rayon Heydər Əliyev Mərkəzində 2021-ci il "Nizami Gəncəvi ili" elan olunması ilə əlaqədar "Sözün də su kimi lətafəti var" başlıqlı konfrans keçirildi. Azərbaycan Yazıçılar Birliyinin üzvləri Məhsəti Musanın, Gündüz Sevindiyin,Aran qəzetinin əməkdaşların,ADPU-nin Ağcabədi filialının Filalogiya fakültəsinin tələbələrinin,GİKM-in Ağcabədi nümayəndəlinin əməkdaş və könüllülərinin iştirakı ilə keçirilən konfransı giriş sözü ilə açan Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktor səlahiyyətlərini müvəqqəti icra edən Rövşanə Əliyeva mütəfəkkir şair Nizami Gəncəvinin yaradcılığı haqqında ətraflı məlumat verərək bildirdi ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin hər zaman söylədiyi kimi, insanların mənəviyyatına, tərbiyəsinə, əxlaqına, fikirlərinin formalaşmasına şeir qədər, ədəbiyyat qədər, mədəniyyət nümunələri qədər güclü təsir göstərən başqa bir vasitə yoxdur.Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ilk görüşünü məhz ziyalılarla keçirməsi bugünümüzə və gələcəyimizə hesablanmış mühüm addım idi. Ümummilli Lider tariximizə sahib çıxmağı, tariximizin saxtalaşdırılmasına yol verməməyi qarşıya mühüm vəzifə kimi qoymuşdur. Onun milli-mənəvi, dini dəyərlərimizin, dilimizin qorunması, tariximizin öyrənilməsi və gələcək nəsillərə çatdırılması yönümündə atdığı davamlı addımların miqyası genişdir. Ümummilli Lider, eyni zamanda hər zaman tariximizi, ədəbiyyatımızı yaxşı öyrənməyi, dilimizi, milli-mənəvi dəyərlərimizi qorumağı gənclərə tövsiyə etmişdir.Dahi Liderin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən də bu sahəyə daim diqqət göstərilir. 2019-cu ilin "Nəsimi ili", 2021-ci ilin "Nizami Gəncəvi İli" elan edilməsi bunun ən bariz nümunəsi olmaqla yanaşı Nəsimi irsinin, Nizami Gəncəvi yaradıcılığının Azərbaycan xalqının mənəviyyat xəzinəsində rolu və yerini təbliğ etməklə gənc nəslə çatdırmaqdır.
Daha sonra şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, mədəniyyət işçisi Gündüz Sevindik,Aran qəzetinin baş redaktoru,şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Məhsəti Musa, ADPU-nin Ağcabədi filialının Filalogiya fakültəsinin tələbəsi Süleymanlı Şəlalə çıxışlarında qeyd etdilər ki, bu ənənələrin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Dahi klassiklərimiz Ü.Hacıbəylinin, M.Maqomayevin, S.Vurğunun, C.Cabbarlının, M.S.Ordubadinin, Aşıq Ələsgərin yubileyləri məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə keçirilib, bəzilərinin ev-muzeyləri yaradılıb. Hazırda həmin ev-muzeylərində Azərbaycan xalqının dahi şəxsiyyətlərinin zəngin irsi və yaradıcılığı geniş tədqiq və təbliğ edilir. Ümummilli Lider dünya təcrübəsinə istinadən bildirirdi ki, yubileylərin keçirilməsi bir tərəfdən yubilyarın xalq, ölkə, dünya qarşısında xidmətlərini təbliğ və nümayiş etdirmək, digər tərəfdənsə müasir nəslin ona bəslədiyi hörmət və ehtiramı bildirmək deməkdir. Dahi mütəfəkkirin insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq 880 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması Azərbaycanın zəngin tarixi-mədəni irsinin təbliğinə çox böyük töhfədir. Nizami Gəncəvi üçün şəxsiyyətin ən yüksək meyarı insanlıq idi.Onun qəhrəmanları ədalət, xalqın xoşbəxtliyi, yüksək məqsədlər uğrunda mübarizə aparırlar. İnsan şəxsiyyətinə, insan əməyinə ehtiram şairin yaradıcılığının aparıcı mövzularındandır. Nizami Gəncəvi həm də vətənpərvər şair idi. O, təsvir etdiyi bütün hadisələri Azərbaycanla əlaqələndirməyə, Vətəninin keçmiş günlərini tərənnüm etməyə çalışmışdır. Qüdrətli söz ustasının bəşəriyyətin bədii fikir salnaməsində yeni parlaq səhifə açmış ölməz əsərləri bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsinə misilsiz xidmət göstərir. Korifey sənətkar öz ənənələri ilə seçilən ədəbi məktəbini yaratmışdır. Nizami Gəncəvinin dünyanın ən zəngin kitabxanalarını bəzəyən əsərləri Şərqdə incəsənətin, xüsusən də miniatür sənətinin inkişafına təkan vermişdir.Qonaqlar həmçinin Nizami yaradıcılığında qadın obrazı mövzusuna da toxunmuşdular.Tədbirin sonunda xatirə şəkili çəkdirildi.