Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə Beynəlxalq Gənclər günü münasibətilə tədbir keçirilmişdir.

12 avqust 2014 | 10:00

12 avqust 2014- cü il tarixdə saat 11:00 – da Ağcabədi rayonu Ü. Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində YAP Ağcabədi rayon təşkilatının Gənclər Birliyinin təşkilatçılığı ilə 12 avqust Beynəlxalq Gənclər günü münasibətilə tədbir keçirilmişdir.
   Tədbirə Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanmışdır.
   Tədbiri YAP Ağcabədi rayon Gənclər Birliyinin sədri Nicat Axundov açıq elan etmiş, daha sonra son günlərdə erməni silahlılarının atəşkəsi pozaraq yaşayış məntəqələrimizə basqın zamanı həlak olmuş hərbiçilərin və eləcə də ərazi bütövlüyümüz uğrunda şəhid olmuş gənclərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Nicat Axundov tədbir iştirakçılarını bayram münasibətilə təbrik etmiş, 12 avqust Beynəlxalq Gənclər günü eləcə də 02 fevral Azərbaycan gəncləri gününün təsis edilməsi barədə məlumat vermiş, Ulu Öndər Heydər Əliyevin Azərbaycana ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra Azərbaycanda Gənclər və İdman Nazirliyinin yaradılması, Dövlət Gənclər siyasəti konsepsiyasının qəbul edilməsi kimi mühüm addımların atılmasını Azərbaycan Gəncliyinə diqqət və qayğının təzahürü kimi dəyərləndirmiş, Ulu Öndərin siyasi varisi cənab İlham Əliyevin də gənclərə böyük önəm verməsi, etimad və qayğı göstərməsini, bunun nəticəsində ölkə gənclərinin beynəlxalq idman yarışlarında, müsabiqə və festifallarda ölkəmizi layiqincə təmsil etdiklərini, vurğulamışdır.
   Məruzə ətrafında YAP Ağcabədi rayon Gənclər Birliyinin üzvü Emin Süleymanov, Ağcabədi rayon İcra Hakimiyyəti, YAP ərazi təşkilatının sədr müavini Fərid Rüstəmov, 7 saylı ərazi ilk təşkilatının sədri Polad Musayev çıxış edərək Azərbaycan gəncliyinə göstərilən yüksək qayğıdan, etimaddan və gənclərimizin müxtəlif sahələrdə qazandıqları uğurlardan söhbət açdılar.
   Tədbirin gedişində tədbir iştirakçılarına hərbi vətənpərvərlik mövzusunda və gənclərlə bağlı videoçarx nümayiş etdirildi.
   Tədbirdə YAP Ağcabədi rayon təşkilatının aparat rəhbəri Nazim Bünyatov, sədr müavini Teymur Rəhimov çıxış edərək gəncləri təbrik etdilər və ölkəmizin bütün sahələrdə dinamik inkişafında gənclərin xidmətlərindən, Yeni Azərbaycan Partiyasının Gənclər Siyasətindən, gənclərin böyük bir ruh yüksəkliyi ilə YAP sıralarına daxil olmasını vurğuladılar. Qeyd edildi ki, bu gün YAP Ağcabədi rayon təşkilatı öz ətrafında 11086 nəfər YAP üzvünü birləşdirir ki, onların da 4377 nəfərini gənclər təşkil edir.
Rəsmi hissə başa çatdıqdan sonra “Qarabağ Muğam Mərkəzi” nin musiqi kollektivinin hazırladığı maraqlı proqram gənclərə təqdim edilmişdir.

Keçidlər