Ağcabədidə rayon rəhbəri iftarını qazinin ailəsi ilə birgə açıb
11 may 2021-ci il tarixdə Qaravəlli kəndində qazi Niyaz Bayramlının ailəsində olan icra başçısı iftarını bu ailənin üzvləri ilə birgə açdı.
Hüquq- mühafizə orqanlarının rəhbərlərinin də iştirak etdiyi iftar süfrəsi arxasında Vətən uğrunda canından keçən oğullarımızın ruhuna dualar oxundu, qazinin şərəfli döyüş yolu ilə bağlı söhbətlər edildi.
Qeyd edək ki, Bayramlı Niyaz Knyaz oğlu 5 yanvar 2002-ci ildə
anadan olub. 2019-cu ilin yanvar ayından orduda qulluq etmək
üçün hərbi xidmətə çağrılıb. Bakıda hərbi xidmətdə olub. 2020-ci ilin sentyabr ayının 27- də başlanan Vətən müharibəsinin ilk günlərindən ön cəbhədə vuruşub. Füzuli, Cəbrayıl,Qubadlı, Zəngilan rayonlarının düşməndən azad edilməsində igidliklə vuruşub. Atıcılıq qabiliyyəti və cəsarəti sayəsində düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib. Düşmən
mərmisindən aldığı zərbə nəticəsində sağ ayağını dizdən yuxarı itirib.