Ağcabədi ağacəkmə aksiyası keçrilib
Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci il dönümü münasibətilə Ağcabədi rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə rayon ərazisində ağacəkmə aksiyası keçrilib. Aksiyaya rayon icra hakimiyyətinin əməkdaşları, idarə, müəssisə, təşkilat nümayəndələri, rayon ziyalıları qatılıblar. Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov da iştirak etmişdir. Aksiya iştirakçıları tərəfindən Mingəçevir- Bəhrəmtəpə magistral yolunun Ağcabədi rayonu ərazisindən keçən hissəsində yol kənarında 1000 ədəd eldar şamı, sərv, kiparis ağaclarının əkilməsi nəzərdə tutulub. Bundan əvvəl isə Ağcabədi-Zərdab yolunun kənarında 5000 ədəd həmişəyaşıl, meyvə ağacları və gül-çiçək əkilmişdir. Ağacəkmə aksiyası rayonun müxtəlif kəndlərində qarşıdakı günlərdə də davam etdiriləcək. Bölgədə ağacəkmə aksiyası ənənəvi hal alıb. Bundan əlavə cari ildə rayon ərazisində 68 mindən çox çəkil ağacı əkilmişdir. Əkilən ağacların suvarılması diqqət mərkəzində saxlanılır.