Ağcabədidə “Tolerantlıq Azərbaycan cəmiyyətinin yaşam normasıdır” mövzusunda konfrans keçirilmişdir.
18 iyul 2014- cü il tarixdə saat 10:00 – da Y. Məmmədov adına Rayon Mədəniyyət evində Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə Ağcabədi rayonunda dini və mənəvi dəyərlərin qorunması, qadağan olunmuş dini təriqətlərin təbliğinin qarşısının alınması istiqamətində maarifləndirmə işlərinin müasir tələblər səviyyəsində aparılması ilə bağlı “Tolerantlıq Azərbaycan cəmiyyətinin yaşam normasıdır” mövzusunda konfrans keçirilmişdir.
Konfransda Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovnik – leytenant Hikmət Eyvazovun iştirak etmişdir.
Konfransı giriş sözü ilə açan DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Hikmət Eyvazov iştirakçıları salamlayaraq, Azərbaycan dövlətinin dini və milli tolerantlıq baxımından qonşu dövlətlər arasında liderlik etdiyini, ölkəmizdə digər dinlərin daşıyıcısı olan xeyli sayda millətlərin yaşadığını, bu istiqamətdə Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərini və hazırda ölkə Prezidenti İlham Əliyevin milli-mənəvi dəyərlərimizin, dinimizin inkişafı üçün həyata keçirdiyi dövlət tədbirləri haqqında qeyd etmişdir.
Tədbirdə mövzu ətrafında geniş fikir mübadiləsi aparılmışdır Müzakirələrdə Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əbülfət Tapdıqov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi şöbəsinin nümayəndəsi Əlizadə Nəcəfov, Qafqaz Müsəlmanları İdarəsinin Ağcabədi rayonu üzrə Dini icmasının sədri Mərdan Rzayev , Rayon Ağsaqqallar Şurasının sədri Məhərrəm Əzimov və Rayon Gənclər və İrman idarəsinin rəis müavini Eldəniz Qəmbərov Ağcabədidə dini, mənəvi-əxlaqi dəyərlərin qorunması istiqamətində görülən işlər barədə çıxış etmişlər.