Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda intellektual bilik yarışması keçirilmişdir.

06 may 2021 | 11:00

Yarışmada hərbirində 3 nəfər olmaqla 13 komanda iştirak etmişdir. 

Bilik yarışmasında YAP Ağcabədi rayon təşkilatının aparat rəhbəri Nazim Bünyatov, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov çıxış edərək, iştirakçıları salamladılar və onlara uğurlar arzu etdilər.

Yarışın yekun nəticələrinə əsasən Səməd Vurğun adına şəhər 4 saylı tam orta məktəbin komandası I yerə, Şirin Hüseynov adına şəhər 2 saylı tam orta məktəbin komandası II yerə, Şahin Məhərrəmov adına Qaravəlli kənd tam orta məktəbin komandası və Hacıbədəlli kənd tam orta məktəbin komandası isə III yerlərə laiq görülmüşdür. Qalib gəlmiş komandalar Fəxri Fərman və hədiyyələrlə mükafatlandırılacaq.

Keçidlər