Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda Bədii qiraət müsabiqəsi keçirilmişdir.

04 may 2021 | 11:00

04 may 2021-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsi,  rayon Təhsil Şöbəsi əlaqədar təşkilatla birgə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə məktəblilər arasında onlayn formatda bədii qiraət müsabiqəsi keçirmişdir.
Müsabiqədə YAP Ağcabədi rayon təşkilatının aparat rəhbəri Nazim Bünyatov, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov və rayon Təhsil Şöbəsinin məsləhətçisi Nərminə Əmirova çıxış edərək iştirakçıları salamladılar və onlara uğurlar arzu etdilər.
Müsabiqənin yekununda münsiflər heyətinin yekdil qərarına əsasən Ağcabədi şəhər 4 saylı tam orta məktəbin VI sinif şagirdi Heydər Məmmədov I, Ağcabədi şəhər 9 saylı tam orta məktəbin IX sinif şagirdi Aynurə Vəliyeva II, Boyat kənd tam orta məktəbin VII sinif şagirdi Leyla Ağayeva və Qaravəlli kənd tam orta məktəbin IV sinif şagirdi Mircəmil Əliyev III yerə layiq görülmüşlər.
Qaliblər Fəxri Fərman və hədiyyələrlə mükafatlandırılacaq.

Keçidlər