Kümçülərə ipəkqurdu toxumunun paylanması başa çatıb
Ağcabədi rayonuna səfər zamanı Təzəkənd və Hüsülü kəndlərində “Vahid sahədə vahid əkin” prinsipi əsasında əkilmiş sahələrə baş çəkilib. Bildirilib ki, fermer əməkdaşlığının yeni modeli olan “Vahid sahədə vahid əkin” layihəsi torpaq və su ehtiyatlarından səmərəli istifadəyə imkan verən, növbəli əkin aparılmasını asanlaşdıran, fermerlərin gəlirlərini artıran bir modeldir. Bu pilot layihə ilk dəfə olaraq Ağcabədi və Bərdə rayonlarında həyata keçirilsə də, layihə digər rayonlarda da maraq doğurub. Ümumilikdə bu il 8 rayonda çoxlu sayda fermer vahid massivdə yerləşən kiçik pay torpaqlarını birləşdirərək vahid bitki əkməyə qərar veriblər. Bugünədək təxminən 1000 hektara yaxın sahədə “Vahid sahədə vahid” əkin prinsipi ilə əkin aparılıb, payızlıq əkin dövründə bu sahələrin artacağı proqnozlaşdırılır.
Nazirliyin nümayəndələri Azərbaycanda yerli Qaradolaq qoyun cinsinin saxlandığı damazlıq təsərrüfatında olublar. Qaradolaq qoyunları hündürlüyünə, çəkisinin ağırlığına və ət veriminə görə digər yerli cinslərdən fərqlənir, bu səbəbdən fermerlər arasında bu cinsin saxlanıb artırılmasına maraq böyükdür. Fermerlər xalq seleksiyası yolu ilə alınmış Qaradolaq qoyunlarının damazlıq xüsusiyyətlərinin qorunub saxlanmasına və artırılmasına xüsusi diqqət yetirirlər.