Şriftin ölçüsü :

Saytın rəngi :

Təhsil naziri videoqəbul keçirib

29 aprel 2021 | 11:00

Aprelin 29-da təhsil naziri Emin Əmrullayev Ağcabədi, Beyləqan və İmişli rayon sakinlərini videobağlantı vasitəsilə qəbul edib.

Nazirlikdən bildirilib ki, qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.

Təhsil naziri vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.

Videoqəbulda vətəndaşlar daimiləşmə, müəllimlərin yerdəyişməsi, təhsil haqqından azad olunma, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.

Qeyd edək ki, videoqəbulun təşkil edilməsində əsas məqsəd vətəndaşların Təhsil Nazirliyinə müraciət imkanlarını müasir texnologiyalardan istifadə etməklə genişləndirmək, regionlarda yaşayanlara nazirliyin inzibati binasına gəlmədən vəzifəli şəxslərlə videobağlantı vasitəsilə birbaşa əlaqə imkanının yaradılmasıdır.

 

Keçidlər