Şriftin ölçüsü :

Saytın rəngi :

E L A N

26 aprel 2021 | 11:00

Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 98-ci il dönümünə həsr olunmuş  “Heydər Əliyev və Müstəqil Azərbaycan” adlı gənclər arasında onlayn inşa-yazı müsabiqəsi elan edilir.
Müsabiqənin məqsədi: Ulu Öndərimiz Heydər Əliyevin əziz xatirəsinin yad edilməsi, Heydər Əliyev ideyalarının gənclər arasında təbliği, həmçinin rayonda bacarıqlı və istedadlı gənclərin aşkar edilməsidir.
Müsabiqənin şərtləri aşağıdakılardır.
1. İştirakçılar 14-29 yaş arası Ağcabədi rayon sakinləri  olmalı,
2. İnşalar word fayılda Times New Roman şrifti ilə, 12 şrift ölçülü, 1.15 sətir aralıqlı yazılmalı;
3. İnşanın başlığında məktəbin adı, oxuduğu sinif və ya işlədiyi yer, inşanın müəllifinin adı, soyadı və ata adı qeyd olunmalıdır.
4.İnşalar cavid.bunyadov@mail.ru mail ünvanına və ya Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəsmi facebook səhifəsinin inboxuna (link: https://www.facebook.com/agcabedigenclerveidman/  göndərilməlidir.
5. Onlayn inşa-yazı müsabiqəsi 27 aprel -06 may 2021-ci il tarixlərdə keçiriləcəkdir.
Qeyd: Qalib gələn iştirakçılara Ağcabədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən Diplom təqdim ediləcək.

Keçidlər