Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda 2014-cü ilin birinci yarısının sosial – iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədovun hesabat yığıncağı keçirilmişdir.

18 iyul 2014 | 10:00

17 iyul  2014-cü  il tarixdə saat 11:30 –da Ağcabədi rayonu Y.Məmmədov adına Mədəniyyət Evində Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 10 iyul  2014- cü il tarixdə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial – iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş iclasındakı nitqindən irəli gələn vəzifələr, Ağcabədi rayonunda 2014- cü ilin birinci yarısının sosial – iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədovun hesabat yığıncağı keçirilmişdir.
   Eyni zamanda yığıncağa rayonun idarə, müəssisə, hüquq – mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatı ərazi ilk  təşkilatının sədrləri, RİHB –nın şəhər,qəsəbə və kənd inzibati  ərazi  dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri,məktəb direktorları,uşaq bağçalarının müdirləri və  sahibkarlar dəvət olunmuşdur.
  Tədbiri Ağcabədi rayonu İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov açaraq  bildirdi ki,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 10 iyul  2014- cü il tarixdə Nazirlər Kabinetinin 2014- cü ilin birinci yarısının  sosial – iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə əlaqədar  iclası keçirilmişdir.
   Ağcabədi rayonu İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov bildirmişdir ki,əsası       Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş  və möhtərəm Prezidentimiz cənab İlham Əliyev  tərəfindən uğurla davam etdirilən  sosial-iqtisadi inkişaf ölkəmizin hər bir bölgəsində olduğu  kimi, Ağcabədi rayonunda da uğurla davam edir.
2014-cü ilin birinci yarısında rayonda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının həcmi 140.780,1 min manat olmuşdur. Ümumi məhsul buraxılışının həcmi əvvəlki illə müqayisədə 15,5 faiz, 2005-ci ilə nisbətən 4,4 dəfə çox olmuşdur. O, cümlədən kənd təsərrüfatında 18,5 faiz, tikintidə 3,6faiz, sənayedə 1,9 dəfə, nəqliyyatda 5 faiz, rabitədə 3,5 faiz, ticarətdə 14,2 faiz çox olmuşdur.       
   Hazırda rayonun  M.Ə.Sabir adına Kəbirli kənd tam orta məktəbinin 624 yerlik binası əsaslı təmir olunmuş və yanvar ayında  istifadəyə verilmişdir. Həmçinin təməli 2013-cü ildə qoyulmuş M.Füzuli adına Yeni Qaradolaq kənd tam orta məktəbi üçün 360 yerlik, Köyük kənd tam orta məktəbi üçün 220 yerlik, R.Quliyev adına Taynaq kənd tam orta məktəbi üçün 180 yerlik yeni məktəbin tikintisində son tamamlama işləri aparılır. A Sultanov adına Kürdlər kənd tam orta məktəbinin 320 şagird yerlik binası hazırda əsaslı təmir edilir.
    Rayonda son 6 ayda aparılan işləri məruzə edən rayon rəhbəri Şahin Məmmədov hesabatın yekununda vurğuladı ki, Ağcabədi Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərman və sərəncamlarını, regionlara səfəri zamanı verdiyi tapşırıq və tövsiyələri, Nazirlər Kabinetinin 10 iyul  2014- cü il tarixdə Nazirlər Kabinetinin 2014- cü ilin birinci yarımilliyin sosial – iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə əlaqədar  nitqindən irəli gələn tapşırıqları əldə rəhbər tutaraq rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsini, təhsil, səhiyyə, mədəniyyət sahələrinin inkişaf etdirilməsini, sahibkarlığın inkişafını, əhalinin içməli su, enerji və təbii qazla təminatının yaxşılaşdırılmasını, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını təmin etməklə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşməklə qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirəcəyik.
   Yığıncaqda daha sonra rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Əbülfət Qasımov, “ Aqrolizinq” ASC-nin Ağcabədi “ Aqroservis” filialının direktoru Atamoğlan Babayev, Pilot Taxılçılıq təsərrüfatının rəhbəri Rəcəb Orucov  və “ BMS Aqro” –nun baş direktoru Mülhazil Balakişiyev görülmüş işlər və qarşıda duran vəzifələr barəsində hesabat xarakterli çıxışlar etmişlər. Hesabat xarakterli çıxışlarında natiqlər qeyd etmişdirlər ki, Respublikamızda, eləcə də rayonumuzda Dövlət qayğısının nəticəsi olaraq əhalinin həyat şəraitinin yaxşılaşdırılması baxımından xeyli işlər görülmüşdür. Hal-hazırda Azərbaycanın bütün bölgələrində olduğu kimi, Ağcabədi rayonunda da inkişaf yüksək səviyyədə gedir. Son illər  Ağcabədi rayonunda aparılan  yenidən qurma işləri və abadlıqlar, yaşıllaşdırma işlərinin genişləndirilməsi  rayonun daha da  inkişaf etməsinə təkan vermişdir.
   Hesabat yığıncağında 350 nəfər  iştirak etmişdir
.
.

Keçidlər