Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Dahi Lider Heydər Əliyevin anadan olmasının 98 illiyi ilə əlaqədar olaraq tədbir keçirilib.
24 aprel 2021-ci il tarixdə Pandemiya qaydaları gözlənilməklə Ağcabədi rayon Heydər Əliyev Mərkəzi və N saylı hərbi hissənin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və gerçəkləşən müqəddəs arzu” adlı tədbir keçirilib. Öncə əsgər və zabitlər Ulu Öndərin zəngin həyat və fəaliyyətini özündə əks etdirən eksponatlarla tanış olub. Sonra Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktoru səlahiyyətlərini müvəqqəti icra edən Rövşanə Əliyeva çıxış edərək Azərbaycan xalqının taleyində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışaraq bildirmişdi ki,onun layiqli davamçısı Ali baş komandan cənab İlham Əliyevin başçılığı ilə Azərbaycan ordusu hərbi meydanda düşməni doğma torpaqlarımızdan qovaraq ata vəsiyyətini-Heydər Əliyevin müqəddəs arzusunu yerinə yetirməklə xalqımıza qələbə sevincini yaşatdı.
Daha sonra ARİHB aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şöhrət Orucov, N saylı Hərbi hissə komandanlığının ideoloji iş və mənəvi psixoloji təminatı üzrə müavini mayor Pərviz Dostəliyev çıxış edərək qan bahasına müstəqlliyini əldə etmiş Azərbaycanın qarşılaşdığı problemlərdən və dahi liderimizin bu ağır durumda Azərbaycan xalqı üçün atdığı əvəzsiz addımlardan,44 günlük Haqq savaşımızdan ətraflı söz açaraq vurğulamışlar ki, dövlətimizin,dövlətçiliyimizin qorunması üçün hər bir Azərbaycan vətəndaşı ayıq-sayıq olmalı,yumruğu bir hədəfə vurmalıdır.
Sonda Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən hazırlanmış “Xalqa bağışlanan ömür “ adlı film nümayiş etdirilərək,Allahdan Ulu Öndərə,canını vətən yolunda fəda etmiş şəhidlərimizə rəhmət ,qazilərimizə can sağlığı arzulanmışdır.