Ağcabədidə pambıq səpini yekunlaşır – VİDEO
Respublikanın iri pambıqçılıq rayonlarından olan Ağcabədidə pambıq səpini yekunlaşmaq üzrədir. Səpin prosesi tez başlanılan bir çox sahələrdə isə pambıq artıq cücərdiyindən kompleks becərmə işlərinə başlanılıb. Ötən il bol məhsul əldə etdiklərini bildirən Ağcabədili fermerlər bu il də məhsuldarlığın yaxşı olacağını proqnozlaşdırır:
Rayon üzrə yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ciddi şəkildə əməl edildiyini bildirən Ağcabədi rayon İH-nin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırma şöbəsinin müdir müavini Muxtar Bağırov cari il üçün hədəflərin daha yüksək olduğunu qeyd etdi:
Qeyd edək ki, bu il Ağcabədidə fermerlerlə 11 min hektara yaxın sahədə pambıq əkini üçün müqavilələr bağlanıb. Artıq 9135.86 hektar sahədə səpin aparılıb. Ötən il rayon üzrə orta məhsuldarlıq hər hektar üçün 35,54 sentner olub.
Ümumilikdə strateji məhsul sayılan pambıqçılığa artan maraq və görülən tədbirlər nəticəsində 2020-ci ildə ölkə üzrə 336 min ton pambıq istehsal olunub. Bu isə 2019-cu illə müqayisədə 41 min ton çoxdur.