Şriftin ölçüsü :

Saytın rəngi :

Meşə sahələri azərbaycanın ən qiymətli milli təbii sərvətidir,onun yanğin təhlükəsizliyini təmin etmək isə hər birvətəndaşin borcudur

20 aprel 2021 | 11:00

Təəssüf  hissi  ilə  qeyd  etməliyik  ki,  bəzən  ayrı-ayrı  insanların  meşə  təsərrüfatına qayğısızlığı,  onun  qorunub  saxlanılmasına  laqeydliyi  meşə  ərazisində  kortəbii,  idarə olunmayan alovun yayılması və bütün ərazidəki bitki örtüyünün təbii surətdə yanması ilə nəticələnən meşə yanğınlarını törədərək təbiətin bu əvəzsiz nemətinin məhv olmasına gətirib çıxarır.

İnsanların həyat və fəaliyyətində mühüm rol oynayan, sözün həqiqi mənasında onların qayğısına qalan meşələrin özünün daim qayğıya ehtiyacı var. Meşələrdən bəhrələnməklə, onun nemətlərindən istifadə etməklə yanaşı, təbiətin bu füsunkar nemətini qorumaq, onu gələcək nəsillərə ərməğan etmək hər bir vətəndaşın borcudur.

Meşələrin  məhv  olmasının  əsas  səbəblərdən  biri  onun  xüsusən  yay  aylarında yanğınlara məruz qalmasıdır. Meşələrimizin yanğın təhlükəsizliyini təmin etmək üçünbir sıra zəruri tədbirlərin həyata keçirilməsi vacibdir. Birinci növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası meşələrində yanğıntəhlükəsizliyinin təşkil olunmasında məsuliyyət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin Bərpası və Mühafizəsi Departamentinin üzərinə düşür.

Meşələrin  Bərpası  və  Mühafizəsi  müəssisələrinin mühəndisləri  meşələrin  yanğın təhlükəsizliyi qaydalarını bilməklə meşə sahələrində və zolaqlarında yanğına qarşı ciddirejim təyin etməli və ona riayət olunmasını daim nəzarətdə saxlamalıdırlar.

Meşə təsərrüfatının rəhbər işçiləri mütəmadi olaraq yanğınsöndürmə texnikalarının və vasitələrinin, təbii və sünisu  mənbələrinin,  keçidlərin,  yolların  vəziyyətini  yoxlamalı,  işçilərlə  yanğınsöndürmə xidmətininçağırılması, yanğınsöndürmə avadanlıqlarından düzgün istifadə edilməsi ilə bağlı təlim məşqləri keçirməlidirlər. Meşə və meşə zolaqlarındayanğınların baş verməsinə səbəbola bilən nöqsanların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi, həmçinin  yanğınsöndürmə  texnikasına  və  vasitələrinə  vaxtlı-vaxtında  texniki  xidmətin göstərilməsinin təşkil edilməsi də zəruridir.

Meşə təsərrüfatında yanğın təhlükəsizliyinə məsul olan şəxslər yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək məqsədi ilə meşə sahələrinə və zolaqlarına vaxtaşırı baxış keçirməli, yanğın baş verən zaman yanğınsöndürmə xidmətinin hadisə yerinə çağırılması üçün  tədbirlər  görməli,  yanğının  söndürülməsi  üçün  mövcud  vəsaitləri  təşkil etməlidirlər.

Meşə yanğınlarından bəhs edərkən xüsusilə vurğulanmalıdır ki, bu sahədə baş verən 10 yanğından 9-u odla ehtiyatsız davranmadan və ya meşədə iş və istirahət zamanı insanların yanğın təhlükəsizliyi qaydalarını pozması səbəbindən baş verir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, isinmək, xörək bişirmək üçün qalanmış tonqallar və meşənitərk edərkən bu tonqalların  tam  söndürülmədən  nəzarətsiz  qoyulması meşə  yanğınlarına  səbə  olur. Söndürülməmiş kibritin, siqaret kötüyünün meşəyə atılması, maşınların mühərrikindən qopan qığılcımlar da yanğın törədir.

Meşədə yanğınlara yol verilməməsi üçün yanğın təhlükəsizliyi istiqamətində bir sıra qaydalara əməl olunması zəruridir. Meşə sahələrində söndürülməmiş kibritin, yanan siqaret qalığının və ya kötüyünün atılması, eləcə də tonqalların yandırılması və ağac kömürü istehsal etmək  üçün  xüsusi  ocaqxanaların  təşkil  edilməsi  qadağandır.  Küləkli  havada  tonqalların qalanması xüsusilə təhlükəlidir.Meşələrə sürtkü yağı, benzin, ağ neft, dizel yanacağı və digər yanar mayelərə bulaşmış əski və digər materialları atmaq olmaz. Müəyyən olunmamış yerlərdə avtomobil, traktor və digər  daxiliyanma  mühərrikli  aqreqatların  yanacaqla  doldurulması,  eləcə  də  onların yaxınlığında  siqaret  çəkilməsi,  tonqal  yandırılması  yanğın  təhlükəli  olduğundan yolverilməzdir.

Dövlət meşə torpaq fondunun, habelə meşə torpaq fondu ilə həmsərhəd olan sahələrdə qurumuş otların, kövşənlərin müəssisələr, idarələr, təşkilatlar və fermer təsərrüfatları, eləcə də  əhali  tərəfindən  yandırılmasına  icazə  verilməməlidir.  Meşələrdə  yanacaq  və  sürtküyağlarının açıq şəkildə saxlanılması da yanğın təhlükəlidir.Yanğın təhlükəsindən uzaq olmaq üçün meşədə emal edilmiş hazır meşə materialları açıq sahədə müəyyən olunmuş qaydada yığılıb saxlanılmalıdır. Belə ki, meşə materialları yığılan yerlər və yanğına qarşı ara məsafələr yanar materiallardan təmizlənməlidir.

Turust  istirahət  zonaları,  gənclər  və  uşaq  təşkilatları  tərəfindən  dövlət  meşə  fondu torpağında keçirilən kütləvi tədbirlər zamanı tonqallar yalnız Meşə mühafizəsi və Bərpası müəssisəsinin  icazəsi  ilə  bu  təşkilatın  ayırdığı  xüsusi  yerlərdə  qalana  bilər.  Tullantıların yandırılması da bütün hallarda həmin təşkilat ilə razılaşdırılmalıdır.Yeri  gəlmişkən  qeyd  etmək  lazımdır  ki,  meşədə  yanğınların  baş  verməsinə  şərait yaradan  əsas  səbəblərdən  biri  tonqallardır.  Bunu  nəzərə  alaraq  tonqallarla  əlaqədar vətəndaşlara  meşələrdə  yanğın  təhlükəsizliyini  təmin  etmək  məqsədilə  bəzi  tövsiyyələri verməyi məqsədəuyğun sayırıq. Birinici növbədə qeyd etmək lazımdır ki, tonqal yandırılarkən bütün təhlükəsizlik qaydalarına əməl etmək vacibdir.

Tonqal heç bir halda ağacın altında (xüsusən  də  budaqları  aşağı  sallanan  ağacların  altında)  yandırılmamalıdır.  Quru  ağac kötükləri və quru ot olan ərazidə də od qalamaq olmaz. Tonqal qalamaq üçün əvvəlcədən yer hazırlamaq və yaxud da köhnə, qalanmış tonqalın yerindən istifadə etmək lazımdir. Tonqal qalamaq  üçünilk növbədə  ağaclardan  xeyli  aralıda  yer  hazirlamaq  məqsədəmüvafiqdir. Həmin ərazi otlardan təmizlənməli, sonra isə yandırılacaq odun parçaları üçün bel vasitəsi ilə çala  qazılmalıdır.  Tonqal  ətrafındakı  otları  0,5-1  metr  radiusunda  təmizləmək  lazımdır. Tonqalı söndürüb oranı tərk edan zaman közün üstü torpaqla örtülməlidir.Tonqal heçzaman nəzarətsiz qalmamalıdır.

Ehtiyatda olan yanacaq məhlulutonqaldan 3-5 metr aralıda saxlanmalıdır.Əgər ehtiyac yoxdursa, çox hündür ocaq qalamaq lazım deyil. Diqqət yetirilməlidir ki, tonqaldan kənara az qığılcim düşsün. Xüsusən də küləkli havada bu, daha  təhlükəlidir.  Tonqalıyandırarkən  küləyin  gücünəvə  istiqamətinə  uyğun  tonqal yandırmaq lazımdır.Çünki kənara sıçrayan qığılcımlar otun və yarpaqların alışmasına səbəb ola bilər. Çalışmaq lazımdır ki yarpaqları qurumuş budaqlardan istifadə edilməsin, çünki bu zaman qırağa təkcə qığılcımlar deyil yanan yarpaqlar da səpələnə bilər.

Ərazini tərk edən zaman tonqalı tam söndürməli, üzərinə su atmalı, sonra isə üstütorpaqla örtülməlidir. Əgər tonqalın içində közərən kömür parçaları olarsa, tonqala yenə də su tökülməlidir. Söndürülmüş tonqaldan tüstü və ya buxar çıxarsa, ondan aralanıb getmək, tələsmək olmaz. Gedərkən tam əmin olmaq lazımdır ki, tonqal tam sönüb və sonradan alışma ehtimalı yoxdur.Yanğın təhlükəsi olan meşə sahələri, meşə yolları və digər torpaqlarla həmsərhəd olan sahələr  yanğın əleyhinə  2-3  metr  enində  şumlanmalı,  meşənin  tör-töküntülərdən

təmizlənməsi təmin edilməli, meşənin ərazisində yerləşdirilən hər hansı tikilinin ətrafı 15 metr radiusunda şumlanmalı və ya yanğına qarşı minerallaşdırılmış zolaqlarla təmin edilməlidir. Meşədən və ya meşə zolağından keçən avtomobil və dəmir yollarının hər iki tərəfi 10 metr məsafədə  meşə  tör-töküntülərindən,  yanar  materiallardan  təmizlənməli  və  yanğına  qarşı minerallaşdırılmış zolaqlarla təmin edilməlidir.Meşələrin yanğın təhlükəsizliyini təmin etmək məqsədilə əhatəli təbliğat işi aparılmalı, yanğına qarşı plakatlardan, reklam işlərindən geniş istifadə olunmalıdır. Meşə ilə əlaqəsi olan bütün  müəssisələrdə,  təşkilatlarda,  idarələrdə,  əhali  arasında,  məktəblərdə  yanğın təhlükəsizliyi  ilə  bağlı  izahat  işlərinə  geniş  yer  verilməlidir. 

Meşə  ilə  həmsərhəd  olan yaylaqlarda çobanlar, ov mövsümü zamanı ovçular odla ehtiyatlı olmalı və yanğın baş verərsə onun söndürülməsi qaydaları barədə maarifləndirilməlidirlər.Meşə yanğınları ilə əlaqədar əhali bilməlidir ki, insanlar üçün meşə yanğınının təhlükəsi nəinki alovun birbaşa təsirindən, eyni zamanda atmosferdəki güclü oksigen çatışmazlığından, dəm qazının və digər qatışıqların artmasından yaranan zəhərlənmələrdən ibarətdir.Bunları nəzərə alaraq meşə yanğınları zamanı birinci növbədə insanlar və kənd təsərrüfatı heyvanları təhlükəli  zonadan  çıxarılmalı,yanğın  yerinə  giriş  məhdudlaşdırılmalı,  yanğının söndürülməsində təhlükəsizlik təmin edilməlidir.

Yanğın ərazisində işləyənlər xüsusi geyimlər, kaskalar, tüstü əleyhinə maskalar və əleyhqazlardan istifadə etməlidirlər. Meşə yanğınlarının söndürülməsində  iştirak  edənlər  alovdan  qorunmaq  üçün  mümkün  sığınacaqlar  barədə, həmçinin yanğın ərazisindən təxliyyə yolları, ərazinin oriyentasiyası haqqında da məlumatlara malik olmalıdırlar. Yanğını söndürərkən istifadə olunan texnika ilə ehtiyatlı davranılmalıdır ki, ona zərər dəyməsin. Xüsusi aparat və texnikadan yalnız bu sahədə peşəkarlığı olan adamlar istifadə edə bilər.

Meşə yanğınlarını söndürərkən ərazini yaxşı tanıyan adamlardan, həmçinin alovun yayılma istiqamətini izləyən müşahidəçidən istifadə edilməlidir. Yanğın ərazisindən keçmə zərurəti yarandıqda tənəffüs yollarının zədələnməməsi üçün nəfəsi tutmaq lazımdır.Meşə yanğınları zamanı təhlükəli zonadan uzaqlaşarkən tüstüdən və dəm qazından zəhərlənməyə  məruz  qalmamaq  üçün  külək  istiqamətində  deyil,  əksinə  hərəkət  etmək lazımdır.Bir daha xatırladırıq ki, hər bir vətəndaş yadda saxlamalıdır ki, meşə yanğınları ağacları, kolları –bütün yaşıllığı məhv edir. Yanğın nəticəsində meşənin bir sıra xüsusiyyətləri itir, fauna məhv olur, yaşayış məntəqələri ziyan çəkir.Bəzi hallarda isə meşə yanğınları insan itgisi ilə nəticələnir, kənd təsərrüfatı heyvanları üçün ciddi təhlükə yaranır. Bunları nəzərə alaraq bir daha vurğulayırıq ki, meşələrdə yanğın təhlükəsizliyi qaydalarına riayətetməklə biz ölkəmizin iqtisadiyyatının inkişafına, vətəndaşlarımızın sağlamlığına xidmət edirik.

FHN DYNX-nin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi

Keçidlər