Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonu Heydər Əliyev Mərkəzində Zərifə xanım Əliyevanın doğum gününə həsr olunmuş onlayn konfrans keçirilib

16 aprel 2021 | 11:00

16 aprel 2021-ci il tarixində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın doğum günü ilə əlaqədar olaraq Ağcabədi rayon Heydər Əliyev Mərkəzi GİKM-in Ağcabədi nümayəndəliyi ilə birgə  təşkilatçılığı ilə “Zərif Ana,Zərif Qadın” adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru səlahiyyətlərini müvəqqəti icra edən Rövşanə Əliyeva  Zərifə xanım Əliyevanın elmi fəaliyyətindən, onun ömür-gün yoldaşı ulu öndər Heydər Əliyevə olan böyük sevgisindən danışıb,Qeyd etmişdi ki, Azərbaycan səhiyyəsinə böyük töhfələr vermiş bu insanı xatırlayanda hər bir azərbaycanlının gözü önündə mənəvi kamilliyin ən uca zirvəsində dayanan, əziz xatirəsi milyonlarla insanın qəlbində yaşayan, insanların gözlərinə nur verən görkəmli elm fədaisinin işıqlı çöhrəsi canlanır: “Eyni zamanda biz Zərifə xanımın timsalında nəcib Azərbaycan qadını, böyük bir nəslin layiqli övladı, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazını görürük. Yüksək intellekt, geniş erudisiya, zəngin mədəniyyət, dərin bilik, insanpərvərlik, vətənə məhəbbət və xeyirxahlıq kimi keyfiyyətlər isə Zərifə xanımın portretini tamamlayır. Zərifə xanım kövrək çiyinlərində böyük məsuliyyət və fədakarlıqla ümummilli liderlə çiyin-çiyinə getmək, onun dayağı olmaq, qayğısına qalmaq və ağır günlərdə dərdinə şərik olmaq yükünü daşıdı. Övladlarını vətənin layiqli vətəndaşları kimi, öz nəslinin yüksək mənəvi dəyərlərinin varisi kimi yetişdirdi. Böyük Əziz Əliyevin ailəsində tərbiyə alan bir xanım, əlbəttə ki, bu mənəvi tərbiyə və nümunəni ömrü boyu davam etdirdi. Zərifə xanım bir vətəndaş kimi daim istehsalatda çalışan işçilərin qayğısını çəkdi, hər zaman onların yanında oldu. Təkcə həkim kimi deyil, ölkənin ictimai-siyasi həyatında da yaxından iştirak etməyə çalışdı. Azərbaycan qadınının ən gözəl xüsusiyyətləri Zərifə xanımın simasında cəmlənmişdi”.Daha sonra GİKM-in Ağcabədi nümayəndəliyinin əməkdaşı Mirəli Mirəliyev Zərifə xanım Əliyevanın ömür yolu haqqında ətraflı məlumat verərək,qeyd etmişdir ki, Zərifə xanımın nurlu obrazı həmişə bizim ürəyimizdədir. Onu tanıyanlar və tanımayanlar, haqqında kitablarda, məqalələrdə oxuyanlar da hesab edirəm ki, onun nurlu obrazını daim öz ürəyində saxlayır. Zərifə xanım böyük həkim, böyük alim, böyük insan idi. Onun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Keçidlər