Şriftin ölçüsü :

Saytın rəngi :

Vaksinasiya olunanların sayı artır

15 aprel 2021 | 11:00

Rayonumuzda vətəndaşların koronavirusa qarşı peyvəndləmə tədbiri davam etdirilir. 21 yanvar 2021-ci il tarixdən başlayan kampaniyada artıq 16 000 nəfərdən çox rayon sakininin vaksinasiya olunması həyata keçirilib.

 Ağcabədi rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri, rayon vaksinasiya kampaniyasının rəhbəri Sabir Məhərrəmov bildirir ki, əhalinin peyvənd olunması müntəzəm olaraq aparılır. Vaksin olunanlar ilk öncə həkim müayinəsindən keçirilir. 8 aprel 2021- ci il tarixdən vaksinasiya olunanların yaş həddi 40- a endirilmişdir. İlk növbədə “Asan Xidmət” mərkəzinin, təhsil işçiləri və bağçaların kollektivləri vaksin olunanlar arasında çoxluq təşkil edir. Hazırda rayonda koronavirusa (COVİD-19) qarşı 1000-1200 nəfər peyvənd olunur.

Keçidlər