02 Iyul – Polis işçilərinin peşə bayramı münasibəti ilə Ağcabədi rayonunda tədbir keçirilmişdir.
02 iyul 2014-cü il tarixdə saat 10:00 –da Ağcabədi Rayon İcra Hakimiyyətinin binası qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin möhtəşəm abidəsinin önündə 02 Iyul – Polis işçilərinin peşə bayramı münasibəti ilə tədbir keçirilmişdir.
Tədbir iştirakçıları Rayon İcra Hakimiyyətinin binası qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin möhtəşəm abidəsinin önünə tər çiçək dəstələri düzərək, Onun əziz xatirəsini yad etmişlər.
Ağcabədi rayon Polis şöbəsinin rəisi Şamil Seyidli tədbiri açaraq, ilk öncə bütün bu sahədə çalışan hər bir kəsi təbrik etdi və bildirdi ki, Bu gün Azərbaycan polisinin yaradılmasından 96 il ötür. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan polisinin işini həmişə yüksək qiymətləndirmiş və ona arxa, dayaq olmuşdur. Bu diqqət və qayğını Azərbaycan polisi bu gün də Ulu Öndərin layiqli davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyevin simasında da hiss edir.
Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov çıxış edərək bildirmişdir ki, idarəsi cəmiyyət həyatının bütün sahələri üçün hava və su kimi vacib olan ölkədaxili sabitliyi yaradan və qoruyan, vətəndaşın asayişini mühafizə edən, dövlətin, vətəndaşların qanuni mənafelərinin və mülkiyyətinin hüquqa zidd əməllərdən qorunması, insanların azad, sərbəst yaşaması üçün lazımi şəraitin yaradılması istiqamətində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirən polislərin yəni Daxili İşlər Naziriliyinin əməkdaşlarının bayramıdır. Mən bu gün münasibəti ilə bütün polisləri təbrik edirəm. Rayon rəhbəri qeyd etmişdir ki,doğrudur Azərbaycan polisinin yaranma tarixi daha keçmişə,ötən əsrin iyirminci illərinə təsadüf edir.Amma yenidən Ümummilli Lider Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı fərmanla hər il iyulun 2-si "Azərbaycan polisi günü" kimi keçirilməsinə başlanmışdır. Yeni Azərbaycan polisinin fəaliyyəti daha səmərəli,dövlət vəxalq üçün əhəmiyyətlidir. Azərbaycan polisinə qarşı bu diqqət və qayğı cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
Tədbirdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təbrik məktubu oxunmuş, rütbələrində yüksələn polis əməkdaşlarına yeni rütbələr təqdim edilmişdir.
Tədbirdə səmərəli fəaliyyətinə görə fərqlənən bir qrup polis işçisinə Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanı, 3 nəfər polis işçisinə isə Ağcabədi şəhər bələdiyyəsi tərəfindən 0.06 sot həyətyanı torpaq sahəsi verilmişdir.
Yekunda tədbir iştirakçıları Rayon Heydər Əliyev Mərkəzini ziyarət etmiş və Ulu Öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən bəhs edən eksponatlarla tanış olmuşdular.