Gənclərin məşhurlarla görüşü layihəsi - “Armudu”
15 aprel 2021-ci ildə “Armudu” gənclərin məşhurlarla görüşü layihəsinin bu dəfə ki qonağı Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə xanım Paşayeva olmuşdur. Onlayn görüşdə Respublikamızın müxtəlif bölgələrindən olan gənclərin ünvanladığı suallara dəyərli fikirləri və məsləhətləri ilə səmimi cavablar verən Qənirə xanım gənclərlə yaddaqalan və maarifləndirici söhbətlər etişdir.
Onlayn görüşdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları və rayon gəncləridə iştirak etmişdir.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi tərəfindən “Armudu” layihəsi çərçivəsində gənclərimiz məşhur insanlarla görüşür. Koronavirus infeksiyası ilə bağlı ölkəmizdə elan edilmiş karantin müddətində #evdəqalinkişafet şüarı ilə davam edən layihə onlayn formada Zoom proqramı vasitəsi ilə həyata keçirilir.