Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda 26 İyun – Silahlı Qüvvələr Günü münasibəti ilə tədbir olmuşdur.

27 iyun 2014 | 10:00

26 iyun  2014-cü il  tarixdə  Ağcabədi rayonunda  26 İyun –  Silahlı Qüvvələr günü münasibəti ilə tədbir olmuşdur.
  Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini, Sosial-İqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Hafiz Mehdiyev çıxış edərək bildirmişdir ki, bu gün bizim Milli Ordumuz müstəqil Azərbaycan dövlətinin ən böyük dayağıdır. Xalqımızın təhlükəsizliyinin və dövlətimizin ərazi bütövlüyünün tam təminatçısıdır. Azərbaycan ordusu Ulu Öndər Heydər Əliyevin və onun siyasətinin uğurlu davamçısı   Azərbaycan Respublikasının Prezidenti,  Ali Baş Komandanı cənab İlham Əliyevin ordu sahəsində apardıqları islahatlar nəticəsində Qafqazda ən güclü müdafiə potensialı olan böyük hərbi bazaya malik bir ordu formalaşmışdır. Biz hər zaman cənab Ali Baş Komandan  nə vaxt əmr  verərsə , ordumuz ilə birlikdə Azərbaycan torpaqlarını düşmənlərdən azad etməyə müntəzəm hazırıq.
    Daha sonra fərqlənən hərbi qulluqçulara qiymətli hədiyyələr və pul mükafatı verildi.
  26 İyun –  Silahlı Qüvvələr günü münasibəti ilə Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində yerləşən N saylı hərbi hissələrə bayram sovqatı aparılmış və əsgərlərin bayramı təbrik olunmuşdur.
   Ağcabədi rayon ərazisində  yerləşən N saylı hərbi hissələrdə  Rayon Mədəniyyət və Turizm şöbəsi hazırladıqları bayram konserti ilə əsgərlər qarşısında çıxış etmişdilər.
 

Keçidlər