Şriftin ölçüsü :

Saytın rəngi :

Sanitar-gigienik qaydalara ciddi riayət olunmalıdır

02 aprel 2021 | 11:00

Rayonda koronavirus pandemiyasına qarşı mühüm mübarizə tədbirləri həyata keçirilir. Bu istiqamətdə Ağcabədi rayon Gigiena və Epidemiologiya Mərkəzi yaşayış ünvanlarında təxirə salınmadan dezinfeksiya işlərini həyata keçirir. Analiz nəticəsində müəyyən edilmiş ocaqlarda ardıcıl olaraq dezinfeksiya işləri aparılır.

Bununla yanaşı, rayon gigiena və epidemiologiya mərkəzi tərəfindən koronavirus infeksiyasının qarşısını almaq üçün qabaqlayıcı profilaktik tədbirlər də yerinə yetirilir.

Bu haqda “Aran” qəzetinə məlumat verən rayon gigiena və epidemioloiya mərkəzinin baş həkimi Vüqar Əsgərov bildirib ki, şəhər ərazisindəki küçə və meydanlarda, ictimai yerlərdə, iaşə obyektlərində, idarə və müəssisələrdə dezinfeksiya işləri təşkil olunur. O, qeyd edib ki, bu qorxulu xəstəliyin yayılmaması üçün rayon sakinləri, idarə və müəssisə kollektivləri təmizliyə, gigienik qaydalarına düzgün riayət etməlidirlər. Bununla əlaqədar olaraq vətəndaşlarla aparılan söhbətlərdə lazımi təlimatlar və göstərişlər verilir. Əgər müəssisə və təşkilatlarda COVİD- 19 xəstəliyi aşkar olunarsa, dərhal oraya nümayəndə göndərilir, akt tərtib olunaraq, Ağcabədi rayon İcra hakimiyyətinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi yanında Gigiena və Epidemiologiya Mərkəzinə göndərilir.

Qeyd olunub ki, Mərkəzin əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin Ucar Regional Bölməsinin mütəxəssisləri ilə birlikdə müntəzəm olaraq reydlər təşkil olunur, monitorinqlər keçirilir. Müəssisələrdə sanitar-gigiena qaydalara kollektiv üzvləri tərəfindən düzgün riayət edilmədikdə, müəyyən nöqsanlara yol verildikdə, onların fəaliyyəti müvəqqəti dayandırılır və yoxlamalar aparılır. Bölgə ərazisində təmizlik və sanitar-epidemioloji qaydaların qorunmasında Ağcabədi rayon İcra Hakimiyyəti, polis əməkdaşlarının və ayrı-ayrı vətəndaşların yaxından köməkliyi mühüm əhəmiyyət kəsb edir.

 

Keçidlər