Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə “31 mart – Azərbaycanlıların Soyqrımı Günü”nə həsr olunmuş videokonfrans keçirilmişir.

31 mart 2021 | 11:00

31 mart 2021-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “31 mart – Azərbaycanlıların Soyqrımı Günü”nə həsr olunmuş videokonfrans keçirilmişir.
Videokonfranda müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Videokonfransı giriş sözü ilə açan Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov qeyd etdi ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. İndi uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər bir-bir açılır. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.
Daha sonra çıxış edən Ağcabədi rayon Nizami Gəncəvi  adına Avşar kənd 1 saylı tam  orta məktəbin müəlliməsi Vəsilə Hüseynzadə, Məmməd Əsədov adına şəhər 5 saylı tam orta məktəbin müəlliməsi Nəzakət Həsənova, rayon Təhsil Şöbəsinin məsləhətçisi İlkin Məmmədzadə, Səməd Vurğun adına şəhər  4 saylı tam orta məktəbin şagirdi Elgün Quliyev qeyd etdilər ki, 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtdılar. Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, şəhər və kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi.
Sonda natiqlər qeyd etdilər ki, tarix heç nəyi unutmur. Azərbaycan dövləti xalqımıza qarşı həyata keçirilən etnik düşmənçilik siyasəti haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün mümkün olan bütün vasitələrdən istifadə edir.

Keçidlər