Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə şəhidlərin adının əbədiləşdirilməsi davam edir

20 mart 2021 | 11:00

Ağcabədidə Vətən müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi davam etdirilir. Həmin küçələrdə abadlıq işləri görülüb, səliqə-sahman yaradılıb, yeni ünvan lövhələri qoyulub.Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Millət vəkili Tahir Rzayev, hüquq-mühafizə orqanlarının rəhbərləri,şəhid ailələrinin,yaxın qohumlarının iştirakı ilə şəhidlərin adına verilmiş küçələrin açılışı bayram günlərində də davam etdirilib.Şəhidlərin portretləri və qısa tərcümeyi-halını əks etdirilən xatirə lövhələrinin qarşısına çiçək dəstələri düzülüb.
Çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Milli Məclisin deputatı Tahir Rzayev torpaqlarımızın azadlığı uğrunda can vermiş oğullarımızın əbədi olaraq qəlbimizdə yaşayacağını,unudulmayacağını vurğulayıblar.

 

Keçidlər