Ağcabədi rayonunda Səhiyyə işçilərinin Peşə bayramı münasibəti ilə tədbir kecirilmişdir
Tədbir iştirakçıları İlk öncə Rayon İcra Hakimiyyətinin qarşısında ucaldılmış Ulu Öndər
Heydər Əliyevin heykəlinin önünə tər çiçəklər düzərək, Ulu Öndər Heydər Əliyevin əziz
xatirəsini yad etdilər.
Ağcabədi Rayon İcra Hakimiyyəti Bşçısının birinci müavini Rövşən Əhmədov çıxış edərək bildirdi ki,17 iyun ölkemizdə Sehiyye Nazirliyinin yarandığı tarixdir ve bu günün səhiyyə işçilərinin peşə bayramı kimi qeyd olunması da elə bu amille bağlıdır.
1918-ci il iyunun 17-de ilk dəfə Azərbaycanda Səhiyye Nazirliyi yaradılıb ve bu sahə dövlətin idarəsinə keçib. Bu qerar o zaman yenicə qurulmuş demokratik respublikanın ilk qərarlarından idi. Sovet dövründə də Azərbaycanda səhiyyə dövlətin nəzarətində olan və daimi inkişaf eden bir sahə olub.
Tibb işçilerinin peşe bayramı gününün tesis edilmesi haqqında Azerbaycan Respublikası Prezidentinin 4 iyun 2001-ci il serancamına esasen her il iyunun 17-i Azerbaycan Respublikası tibb işçilerinin peşe bayramı günü kimi qeyd olunur.
Ulu Öndər Heydər Əliyevin Səhiyyə sahəsinə göstərdiyi diqqət və qaygıdan bəhs edərək, bu siyasətin bu gün də uğurla davam etdiyini bildirmişdir. Bu bayram ağcabədililər üçün ikiqat bayram kimi qeyd olunur. Ağcabədi əhalisi üçün yeni möhtəşəm Rayon Mərkəzi Xəstəxanasının binası istifadəyə verilmişdir. Bütün bu diqqət və qayğı üçün Ölkə rəhbərinə minnətdarlıq hissi ifadə olundu.
Sonda fərqlənən səhiyyə işçilərinə Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları təqdim olundu.