Şəhid ailələri və qazilərimiz ziyarət olundu
Ağcabədidə Novruz bayramı ilə əlaqədar olaraq, Vətən müharibəsi şəhidlərinin ailələri və qazilər ziyarət olunur. Şəhid ailələrini və qaziləri hər zaman diqqət mərkəzində saxlayan, yüksək səviyyəli qayğı ilə əhatə edən Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun iştirakı ilə baş çəkilən ailələrə bayram sovqatları çatdırılıb.
Görüşlərdə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi ehtiramla yad olunub, dövlətimizin bu ailələrə göstərdiyi diqqət və qayğıdan söz açılıb. Rayon rəhbəri qeyd edib ki,şəhidlərimizin xatirəsini əziz tutmaq, onların ailələrinə, eləcə də qazilərimizə qayğı ilə
yanaşmaq həm vətəndaşlıq borcumuz, həm də ən əsas vəzifələrimizdəndir. Və bu hər zaman belə olacaqdır.