Şriftin ölçüsü :

Saytın rəngi :

MOB Mərkəzi hər an xidmətinizdədir

15 mart 2021 | 11:00

Həftənin 6 günü ərzində vətəndaşlara yüksək xidmət göstərən MOB Mərkəzinə daxil
olmuş müraciətlər vaxtında həllini tapır.
Ötən ay Hindarx qəsəbə sakini I Qarabağ müharibəsi iştirakçısı vətəndaş
Allahverdiyev Elşən Ərşad oğlu əlillik dərəcəsinin (I qrup olduğu halda II qrup təyin
edilib) səhv təyin olunduğu haqda dəfələrlə Mərkəzi xəstəxanaya müraciət etsə də,
ancaq köməklik edilməmişdir. Vətəndaş problemin həll olunması ilə bağlı MOB
Mərkəzinə müraciət etmişdir. Bununla bağlı Mərkəzi xəstəxanaya ilə əlaqə
yaradılmış, səhv aradan qaldırılmışdış, E.Allahverdiyevə I-ci qrup əlillik dərəcəsi
təyin olunmuşdur.

MOB Mərkəzinə müraciət edən və elə həmin gün də müraciətinə baxılaraq problemi
həll edilən digər vətəndaş isə Ağcabədi rayonu Ə.Bünyadov küçəsinin sakini
İsmayılov Namiq Allahverdi oğludur. Təbii qazın kəsilməsi ilə bağlı müraciət günün
birinci yarısı daxil olmuş, mərkəzdən məsələ ilə bağlı Tərtər RQİİ-nin Ağcabədi rayon
Xidməti sahəsinə müvafiq məlumat verilmiş və günün ikinci yarısı problem öz həllini
tapmışdır.

MOB Mərkəzinə daha bir müraciət Ağcabədi rayonu Hüsülü kənd sakini
Allahverdiyeva Göyçək Əmiraslan qızı tərəfindən daxil olmuşdur. Övladı və həyat
yoldaşı olmayan S.Allahverdiyeva ağır yataq xəstəsi olduğunu bildirərək, ona
baxması üçün sosial işçi ayrılmasını xahiş etmişdir. Vətəndaşın müraciəti ilə bağlı
Sosial Xidmətlər Agentliyinin 23 saylı filialına müvafiq məlumat verilmiş və
agentlikdən bildirmişlər ki, bunun üçün bir nəfər sosial işçi ayrılmışdır. Həmin gün
sosial işçi ünvanda Göyçək xanımla görüşmüş və ona lazımi köməklik etmişdir.

Erməni silahlı birləşmələrinin atdığı top mərmisinin yaxınlığına düşməsi nəticəsində
kəllə-beyin travması alan Qasımov Faiq Aslan oğlunun müraciətindən sonra MOB
Mərkəzi tərəfindən Ağcabədi rayonu Mərkəzi xəstəxanasına müvafiq məlumat
verilmiş, vətəndaş xəstəxana şəraitinə uyğun müayinə və müalicə almağa
başlanmışdır.

Qarabağ qazisi Pərioğlular kənd sakini Əlizadə Fərid Tapdıq oğlu MOB Mərkəzinə
müraciətində kənd bələdiyyəsindən həyatyanı torpaq sahəsi istədiyini və bələdiyyə
sədrinin qohumlarının adına torpaq sahələrini zəbt etdiyini bildirərək bu məsələnin
araşdırılmasını xahiş etmişdir. Aidiyyatı üzrə Ağcabədi rayon İcra Hakimiyyətinin
məsul işçiləri həmin ərazidə ətraflı araşdırmalar aparmış, vətəndaşın söylədiklərinin

həqiqətə uyğun olmadığı aşkar olunmuş, Pərioğlular bələdiyyəsi tərəfindən ona 0.06
hektar həyatyanı torpaq sahəsi ayrılması üçün sənədləşdirmə işlərinə başlanılmışdır.

Aran kənd sakini, müddətdən artıq hərbi qulluqçu olan Şirinov Emin Vaqif oğlu evinə
təbii qaz xəttinin çəkilməsi ilə bağlı MOB Mərkəzinə müraciət etmişdir. Məsələ ilə
əlaqədar rayon rəhbərliyi tərəfindən Azəriqaz İstehsalat Birliyinə məktub
ünvanlanmışdır. Azəriqaz İB tərəfindən Tərtər RQİİ Ağcabədi Xidmət sahəsinə
göstəriş verilmiş və hərbi qulluqçunun mənzilinə təbii qazın çəkilməsi təmin
olunmuşdur.

Arazbar kənd sakini Məmişov Rövşən Əli oğlu MOB Mərkəzinə müraciət etmiş və
bildirmişdir ki, oğlu Arazbar kənd tam orta məktəbinin 9-cu sinif şagirdi Məmişov
Əlibaba Rövşən oğlunun dərslikləri yoxdur. Bu barədə dəfələrlə rayon təhsil
şöbəsinə müraciət etməsinə baxmayaraq, heç bir köməklik edilməmişdir.
Bununla bağlı, rayon təhsil şöbəsi ilə əlaqə saxlanmış, cəmi bir gün sonra
R.Məmişovun övladı dərsliklərlə təmin edilmişdir.

Taynaq kənd sakini Rəhimov Xosrov İsa oğlu MOB Mərkəzinə müraciət edərək,
onların sahələrinə aid olan subartezian quyusunun kabellərinin oğurlandığını və bu
barədə tədbir görülməsini xahiş etmişdir. Mərkəz tərəfindən Ağcabədi rayon
Subartezian Quyularının İstismarı İdarəsi ilə əlaqə saxlanmış, idarədən bildirilmişdir
ki, bu haqda Ağcabədi rayon Polis İdarəsinə məktub ünvanlanmışdır.
Ağcabədi rayon SQİİ tərəfindən həmin subartezian 36 metr kabel ilə təmin olunaraq
işlək vəziyyətə gətrilib və sakinlərin istifadəsinə verilmişdir.

Keçidlər