Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonu Heydər Əliyev Mərkəzində nikah mərasimi keçirilmişdir.

15 iyun 2014 | 10:00

14  iyun 2014-cü il tarixdə saat 12:00 –da Ağcabədi rayon Heydər Əliyev Mərkəzində  Ağcabədi rayonu “Taxtakörpü” qəsəbəsində məskunlaşan Laçın rayonu  sakinləri 1991 – cı il təvəllüdlü Həsənov Ənvər Bayram  oğlu ilə 1995- ci il təvəllüdlü Məhərrəmova Samirə Əvəz qızının nikah mərasimi keçirilmişdir.
     İlk öncə ailə quran gənc cütlük  Rayon Heydər Əliyev meydanında Ulu Öndər Heydər Əliyevin əzəmətli abisəinin ziyarət etmiş, önünə tər – çiçək dəstələri qoymuş və Onun əziz xatirəsini yad etmişlər.
    Daha sonra gənclərin  nikaha daxilolma mərasimi Heydər Əliyev Mərkəzində davam etdirilmişdir. Nikahdan sonra gənc ailəyə qiymətli hədiyyə təqdim olunmuş və onlara ömürboyu sürən xoşbəxtlik arzulanmışdır.
   Yekunda yeni ailə quran gənclərlə xatirə fotosu çəkilmişdir.
 

Keçidlər