Şriftin ölçüsü :

Saytın rəngi :

DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Ağcabədi rayonunda əməliyyat keçiriblər

11 mart 2021 | 11:00

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanması istiqamətində növbəti əməliyyat tədbiri həyata keçiriblər.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş İdarəyə əvvəllər məhkum olunmuş Ağcabədi rayonunda yaşayan Qorxmaz Quluzadənin qanunsuz odlu silah-sursat saxlaması barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs Baş İdarənin və Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilən təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində tutulub.

Onun yaşadığı evə baxış zamanı “Kalaşnikov” markalı avtomat, “Makarov” markalı tapança, həmin silahlara məxsus 26 patron və 2 sandıqça aşkarlanaraq götürülüb.

Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Qorxmaz Quluzadə barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.

Keçidlər