Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə "5 mart - Bədən Tərbiyəsi və İdman Günü"nə həsr olunmuş videokonfrans keçirilmişdir.

05 mart 2021 | 11:00

5 mart 2021-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “5 mart-Bədən Tərbiyəsi və İdman Günü” münasibəti ilə videokonfrans keçirilmişdir.     
Videokonfransda Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş bütün şəhidlərimizin ,idmanşılarımızın  əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov əvvəlcə idmançıları bayram münasibəti ilə təbrik edərək qeyd etdi ki,    Martın ayının  5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günüdür.
Bu tarix Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir.
Azərbaycanda Bədən tərbiyəsi və İdman gününün martın 5-də qeyd olunması təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev  Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub. Prezidenti İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbəri seçilməsindən sonra ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət daha da artdı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğı isə tezliklə öz müsbət nəticəsini göstərdi. Eldəniz müəllim sonda qeyd etdi ki, 44 günlük  Vətən  müharibəsi dövründə Ağcabədi gəncləri və idmançıları orduya  göstərdiyi  dəstəyə ğörə hərbi hissə komandirləri tərəfindən fəxri fərmanlara layiq  görülmüşlər.  
Həmin dövrdə  rayon idmançıları da  öz döyüş qabiliyyətləri və fəallıqları ilə  xüsusi olaraq  seçilmişlər. Vətən  müharibəsində idman  ictimaiyyətindən 21 nəfəri  iştirak etmiş, onlardan  bir nəfəri Hüseynov  Sahil Habil oğlu  şəhid olmuş, dörd  nəfəri  yaralanaraq müxtəlif dərəcəli  bədən xəsarətləri  almış, üç nəfəri cəsur  döyüşçü  medalına  və  həmçinin  diğər  döyüşçülər isə ölkə Prezidenti  cənab İlham Əliyevin məlum sərancamları ilə rayon və şəhərlərimizin azad olunması ilə bağlı  medallarla  təltif olunmuşlar. O, vurğuladı ki, Koronavirus pandemiyasının yaratdığı bütün çətinliklərə baxmayaraq biz ümid edirik ki, tezliklə ölkədə  idman zallarından  idmançıların  istifadə etmələri  üçün lazımı  tədbirlər həyata  keçiriləcək  və müvafiq qərarlar  qəbul ediləcəkdir.
Videokonfransda  çıxış edən Uşaq Gənclər İdman Şahmat Məktəbinin direktoru Rauf Musayev, MMA idman növü üzrə məşçi-müəllim, vətən müharibəsi iştirakşçısı, qazi Cavid Allahverdiyev, Taekvondo idman növü üzrə məşqçi-müəllimlər Əli Əliyev və  Cəlil Abdullayev  “5 mart - Bədən Tərbiyəsi və İdman Günü” münasibəti ilə idmançıları təbrik edərək ölkəmizdə  idmana  və idmançılara  göstərilən  diqqət  və  qayğıdan  ətraflı söz açdılar.

Keçidlər