Ağcabədidə "5 mart - Bədən Tərbiyəsi və İdman Günü"nə həsr olunmuş videokonfrans keçirilmişdir.
5 mart 2021-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “5 mart-Bədən Tərbiyəsi və İdman Günü” münasibəti ilə videokonfrans keçirilmişdir.
Videokonfransda Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş bütün şəhidlərimizin ,idmanşılarımızın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov əvvəlcə idmançıları bayram münasibəti ilə təbrik edərək qeyd etdi ki, Martın ayının 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günüdür.
Bu tarix Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir.
zərbaycanda Bədən tərbiyəsi və İdman gününün martın 5-də qeyd olunması təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub. Prezidenti İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbəri seçilməsindən sonra ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət daha da artdı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğı isə tezliklə öz müsbət nəticəsini göstərdi. Eldəniz müəllim sonda qeyd etdi ki, 44 günlük Vətən müharibəsi dövründə Ağcabədi gəncləri və idmançıları orduya göstərdiyi dəstəyə ğörə hərbi hissə komandirləri tərəfindən fəxri fərmanlara layiq görülmüşlər.
Həmin dövrdə rayon idmançıları da öz döyüş qabiliyyətləri və fəallıqları ilə xüsusi olaraq seçilmişlər. Vətən müharibəsində idman ictimaiyyətindən 21 nəfəri iştirak etmiş, onlardan bir nəfəri Hüseynov Sahil Habil oğlu şəhid olmuş, dörd nəfəri yaralanaraq müxtəlif dərəcəli bədən xəsarətləri almış, üç nəfəri cəsur döyüşçü medalına və həmçinin diğər döyüşçülər isə ölkə Prezidenti cənab İlham Əliyevin məlum sərancamları ilə rayon və şəhərlərimizin azad olunması ilə bağlı medallarla təltif olunmuşlar. O, vurğuladı ki, Koronavirus pandemiyasının yaratdığı bütün çətinliklərə baxmayaraq biz ümid edirik ki, tezliklə ölkədə idman zallarından idmançıların istifadə etmələri üçün lazımı tədbirlər həyata keçiriləcək və müvafiq qərarlar qəbul ediləcəkdir.
Videokonfransda çıxış edən Uşaq Gənclər İdman Şahmat Məktəbinin direktoru Rauf Musayev, MMA idman növü üzrə məşçi-müəllim, vətən müharibəsi iştirakşçısı, qazi Cavid Allahverdiyev, Taekvondo idman növü üzrə məşqçi-müəllimlər Əli Əliyev və Cəlil Abdullayev “5 mart - Bədən Tərbiyəsi və İdman Günü” münasibəti ilə idmançıları təbrik edərək ölkəmizdə idmana və idmançılara göstərilən diqqət və qayğıdan ətraflı söz açdılar.