Şriftin ölçüsü :

Saytın rəngi :

Əkin sahələrinin suvarılması diqqət mərkəzində saxlanılır

01 mart 2021 | 11:00

Cari ilin pambıq mövsümü ilə əlaqədar rayonun təsərrüfatlarında geniş şumlama işləri həyata keçirilir. Şumlanmış pambıq əkini sahələrinin suvarma suyu ilə təmin olunmasıda daim diqqət mərkəzində saxlanılır. Kanalüstü adlanan ərazilərdə suvarma tədbirləri Ağcabədi rayon Subartezian Quyularının İstismarı İdarəsi tərəfindən həyata keçirilir.
Digər ərazilərdə isə əkin sahələrinin suvarma su təminatı Ağcabədi rayon Suvarma Sistemləri İdarəsi tərəfindən yerinə yetirilir. Sözügedən müəssisə kollektivinin səyi ilə pambıq əkini üçün nəzərdə tutulan şum edilmiş 4 min 565 hektar əkin sahəsi arat olunmuşdur. Bundan əlavə, rayon suvarma sistemləri idarəsi bölgə ərazisində əkilmiş payızlıq 15 min 303,1 hektar taxıl, 2 min 972 hektar xəsil və 3 min 610 hektar təzə yonca sahəsində suvarma işləri aparıb.

Suvarma tədbirləri davam etdirilir.

 

Keçidlər