Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda “Xocalı soyqırımı əsrin faciəsi-xalqımızın qan yaddaşıdir” başlığı altında onlayn videokonfrans keçirilmişdir

25 fevral 2021 | 11:00

25 fevral 2020-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsi, Gənclərin İnkişafı və Karyera Mərkəzinin və “Aran” qəzetinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş “Xocalı soyqırımı əsrin faciəsi - xalqımızın qan yaddaşıdir” başlığı altında videokonfrans keçirilmişdir.
Tədbirdə Xocalı şəhidlərinin, o cümlədən Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş bütün şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov videokonfransı açaraq Xocalı faciəsi barədə ətraflı məlumat vermişdir. O, bildirmişdir ki, 1992-ci ildə Xocalıda miqyasına və qəddarlığına görə bəşər tarixində misli görünməmiş daha bir soyqırım aktı yaşandı, Ermənistan silahlı birləşmələri, Dağlıq Qarabağdakı erməni yaraqlıları, habelə uzun illər beynəlxalq ictimayətə “sülhsevər “ ordu kimi təqdim edilmiş keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı Xocalı şəhərini tamamilə məhv edərək insanlığa silinməz ləkə olan soyqırım aktını törətmişlər.
Erməni qəsbkarları azərbaycanlıları qətlə yetirmək üçün hətta hitlerçi faşistlərin belə sınaqdan keçirmədikləri ən qəddar, tukürpədici üsullardan istifadə etmişlər.
Xocalı qətilamı Ermənistanın Azərbaycana təcavüzünün gerçək mahiyyətini, erməni terrorizminin və vəhşiliyinin dəhşətli miqyasını bütün çılpaqlığı ilə üzə çıxarmışdir. Bu hadisə respublikamızın Qarabağ müharibəsində aldığı ən böyük zərbə, sonrakı məğlubiyyətimizi qismən labüd edən faciə olmuşdur. Həmin dövrdə mərkəzi hakimiyyətin antimilli xarakteri, respublikada xaos və anarxiyanın baş alıb getməsi, vəzifə kürsüsü uğrunda amansız mübarizə, ordudakı başıpozuqluluq, cəbhə xəttində yaşanan faciələrə göstərilən laqeyidlik təkcə Xocalı faciəsinin deyil, sonrakı müsibətlərimizin də əsas səbəblərindəndir. 1992-ci ilin mart-may aylarında Xocalı faciəsi ətrafında cəryan edən siyasi oyunları xatırladıqda ümumulikdə Qarabağ probleminin səhnəarxası gerçəklikləri barədə kifayət qədər aydın təsəvvür yaranır.
Daha sonra Faciə ilə bağlı fikirlərini “Aran” qəzetinin redaktoru Məhsəti Ağayeva, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin direktoru Əli Əhmədov çıxış edərək, Xocalı faciəsi barədə öz təəssüratlarını bölüşdülər. Natiqlər qeyd etdi ki, Xocalı hadisələri əsl soyqırımıdır. Xocalıda öldürülən yüzlərlə insandan 56 nəfəri xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilmişdir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, üzlərinin dərisi soyulmuş, hətta körpə uşaqların gözləri çıxarılmış, hamilə qadınların qarnı süngü ilə yarılmışdır. Ermənilər meyitləri belə təhqir etmişlər.
Çıxışlar zamanı vurğulandı ki, Azərbaycan xalqı və dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1 mart 1994-cü il tarixdə Xocalı ilə əlaqədar xüsusi fərman vermişdir. Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 26 fevral - Xocalı soyqırımı və milli matəm günü elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir. 25 fevral 1997-ci ildə isə “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən fərman imzalanmışdır.

Keçidlər