Ağcabədi rayonunda vətəndaşlar arasında peyvəndləmənin vacibliyi və əhəmiyyəti barədə geniş maarifləndirilmə işləri aparılmaqdadır.
Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları və könüllü gəncləri tərəfindən rayonun Üzeyir Hacıbəyli prospekti üzrə vətəndaşlar arasında peyvəndləmənin vacibliyi və əhəmiyyəti barədə geniş maarifləndirilmə işləri aparılmaqdadır. Söhbət zamanı vaksinasiyanın dövlət hesabına və könüllülük prinsipi əsasında tətbiq edilldiyi sakinlərin diqqətinə çatdırılır, həmçinin insanlara İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yaradılan “COVID-19 vaksin randevu” adlı elektron xidmətdən istifadə edərək, randevu.its.gov.az saytından qeydiyyatdan keçmə qaydaları, peyvənd olunmaq üçün onlayn qaydada növbənin necə götürülməli olduğu haqqında məlumatlar verilir.
Xatırladaq ki, “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq birinci mərhələdə yaşı 65 və yuxarı ikinci mərhələdə isə 50-65 yaş arası insanların vaksinasiyası nəzərdə tutulmuşdur və bu proses hal-hazırda davam etməkdədir.