Ağcabədidə Xocalı şəhidlərinin xatirəsinə 613 ədəd ağac əkildi
22 fevral 2021 | 11:00
Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov, aparatın məsul işçiləri, idarə və təşkilatların təmsilçilərinin iştirakı ilə keçirilən aksiya pandemiya dövrünün qaydalarına uyğun təşkil olunub.
Aksiya zamanı Xocalı soyqırımında qətlə yetirilmiş 613 nəfər Xocalı sakininin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Mingəçevir-Bəhrəmtəpə yolunun Ağcabədi rayonu ərazisindən keçən 97-ci km-də, yol kənarında 613 ədəd müxtəlif növ ağac əkilib ki, onlardan 200-nü şam ağacı təşkil edib.