Ağcabədidə Vətən müharibəsi iştirakçısına vəzifə verildi
“Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 07.01.2021-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası şəhər, rayon icra hakimiyyəti başçılarının aparatlarının nümunəvi strukturu və ştat vahidlərinin sayında edilən dəyişikliklərə əsasən rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi yaradılmışdır.
Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin ştat vahidi – şöbə müdiri və böyük məsləhətçi vəzifələri RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsində ixtisara düşmüş 1 baş məsləhətçi və RİHB aparatının Hüquq şöbəsində ixtisara düşmüş 1 məsləhətçi ştat vahidlərinin əsasında formalaşmışdır.
Aranqazeti.az xəbər verir ki, yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə vətən müharibəsi iştirakçısı Orucov Şöhrət Rəsul oğlu təyin edilmişdir.
Şöhrət Orucov 26 iyun 1975-ci ildə anadan olmuşdur. Ali təhsillidir. 1999-2001-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində motoatıcı taqım komandiri vəzifəsində xidmətdə olmuşdur. Daha sonra fərdi əmək fəaliyyəti ilə məşğul olan Ş.Orucov Vətən müharibəsi zamanı N saylı hərbi hissədə komandirin yavəri (adyünant) kimi xidmət göstərmişdir.
Ağcabədi rayon İcra Hakimiyyəti başçısının 21 yanvar 2021-ci il tarixli müvafiq əmri ilə vəzifə ştatları ixtisara düşmüş RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nəsimi Ələkbər oğlu Əsgərli vakant hesab edilən aparıcı məsləhətçi – rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu, RİHB aparatının Hüquq şöbəsinin məsləhətçisi Turqud Vüqar oğlu Quluzadə RİHB aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçi vəzifələrinə təyin edilmişlər.
Struktur dəyişikliyi ilə əlaqədar RİHB aparatının aparıcı məsləhətçisi – rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Rüstəmov Ceyhun Cahid oğlu İcra Hakimiyyəti başçısın köməkçisi, Ağcabədi Pedaqoji Kollecinin müəllimi Niftalıyeva Sevinc Əhəd qızı RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi, RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Vüsalə İbrahim qızı Məmmədova böyük məsləhətçi – rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi komissiyanın məsul katibi vəzifələrinə təyin edilmişlər.