Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər üçün Təhsil Mərkəzi uşaqları unutmadı

10 iyun 2014 | 10:00

Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ Regional ofisi və Beynəlxalq Avrasiya Mətbuat Fondu  “Məcburi köçkünlərin reinteqrasiyası ilə məşğul olmaq məqsədilə yerli vətəndaş cəmiyyəti təşkilatları və icma əsaslı təşkilatların potensialının gücləndirilməsi” layihəsi çərçivəsində Ağcabədi rayon,556 ailəlik "Ümid" məcburi köçkün qəsəbəsində yerli və məcburi köçkün uşaqlar arasında adaptasiyanın gücləndirilməsi və 1 iyun uşaqların beynəlxalq müdafiəsi günü münasibətilə  "Uşaqları unutmayaq" adlı tədbir təşkil edilmişdir. Tədbirdə GTM Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı,BAMF rəhbəri Ümid Mirzəyev,layihə koordinatoru Vəfadar Rizvanlı,YAP Ağcabədi Qadınlar Şurasının sədri Naibə Mustafayeva, 5 saylı tam orta məktəbin direktoru Solmaz Rəhimova,Qarabağ Muğam Mərkəzinin direktoru Tofiq Cəfərov iştirak etmişdir. Ağcabədi şəhər Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzinin tam heyəti,Ağcabədi şəhər 5 saylı tam orta məktəbin şagird və müəllim kollektivi,"Ümid" qəsəbəsində yerləşən baxça uşaqları və mədəniyyət evinin üzvləri tərəfindən bir-birindən maraqlı teatr səhnəcikləri,müsiqi ifaları səsləndirilmiş və gözəl rəqslər nümayiş etdirilmişdir.Tədbirin sonunda Solmaz Rəhimova başda olmaqla  Ağcabədi şəhər 5 saylı tam orta məktəbin şagird və müəllim kollektivinə Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional ofisi və BAMF tərəfindən əməkdaşlıq üçün təşəkkür sertifikatı və 100-dən çox uşaq üçün hədiyyələr təqdim edilmişdir.

 

Keçidlər