Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Covid-19 pandemiyası dövründə gənclər arasında narkomanlığa qarşı mübarizə

10 fevral 2021 | 11:00

9 fevral 2021-ci il tarixdə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Covid-19 pandemiyası dövründə gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi” mövzusunda zona-seminar müşavirəsi keçirilmişdir.
Gənclər və İdman Nazirinin müavini İntiqam Babayevin çıxışı ilə başlayan seminar-müşavirə Gənclər və İdman Nazirliyinin Sağlam həyat tərzinin təbliği və sosial proqramlar sektorunun müdiri Nərmin Aslanbəyovanın moderatorluğu ilə davam etdi.
Seminar-müşavirədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu rəhbərinin müavini Tanrıverdi Aydınov, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) nümayəndəsi Pərvin Quliyeva, digər məsul şəxs Rahim Novruzov, 8 rayondan – Ağcabədi rayon Gənclər və İdman İdarəsinin rəisi Rüfət Quliyev, Neftçala rayon Gənclər və İdman İdarəsinin rəisi Yalçın Miriyev, Ağdaş rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Hikmət Ələkbərli, Zərdab rayon Gənclər və İdman İdarəsinin rəisi İlkin Əliyev, Mingəçevir Gənclər evinin direktoru Tural Kərimov, Ucar Gənclər evinin direktoru Elamin Dibirov və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yevlax rayon nümayəndəliyinin direktoru Elvin Əjdərli çıxış etdilər.
Məsul şəxslərlə bərabər tədbirdə fəal gənclər, eyni zamanda Ağcabədi rayon gəncləri də iştirak edərək zamanın daima qlobal olan problemi və həlli yolları barədə ətraflı məlumat əldə etdilər.

Keçidlər