Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində "Nizami Gəncəvi ili" çərçivəsində ilk tədbir keçirilib.

11 fevral 2021 | 11:00

11 fevral 2021-ci il tarixdə Ağcabədi RMİ Ağcabədi Rayon Heydər Əliyev Mərkəzi və Ağcabədi rayonunda fəaliyyət göstərən “Ələk” ədəbi məclisinin birgə təşkilatçılığı ilə 2021-ci il "Nizami Gəncəvi ili" ilə əlaqədar olaraq videokonfrans keçirilmişdir. Zoom platforması üzərindən təşkil olunan konfransda  Azərbaycan Yazıçılar Birliyinin üzvləri Məhsəti Musa, Gündüz Sevindik, Yusif Kamal və digər Ağcabədi yazarları, Mədəniyyət işçiləri və dinləyicilər iştirak etmişdir. Videokonfransı giriş sözü ilə açan Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktor səlahiyyətlərini müvəqqəti icra edən Rövşanə Əliyeva dahi şair Nizami Gəncəvinin yaradcılığı  haqqında ətraflı məlumat verərək bildiirb ki, Nizami Gəncəvi bütün yaradıcılığı boyu lirik şerlər yazmış, sonralar poemalarında irəli sürdüyü mütərəqqi ictimai-fəlsəfi fikirlərini ilk dəfə həmin şerlərində ifadə etmişdir.
Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan mədəniyyətinin, milli-mənəvi dəyərlərimizin təbliğinə və inkişafına həmişə xüsusi önəm verən xalqımızın Ümummilli Lideri Heydər Əliyev Nizami Gəncəvinin yaradıcılığına da layiqincə qiymət vermişdir.
Daha sonra şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ələk” ədəbi məclisinin rəhbəri Məhsəti Musa, Ağcabədi Regional Mədəniyyət İdarəsinin əməkdaşı Nizami Rza, şair, Azərbaycan Yazıçılar Birliyinin  üzvü, mədəniyyət işçisi Gündüz Sevindik,   şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü  Xatirə Rəhimbəyli, şair, Azərbaycan Yazıçılar Birliyinin   üzvü, mədəniyyət işçisi  Yusif Kamal,  şair, Prezident təqaüdçüsü                           Şahnaz Şahin  və digərləri çıxış edərək bildiriblər ki,  Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi böyük ədəbi şəxsiyyətlərdən biri olan görkəmli şair və mütəfəkkir Nizami Gəncəvi ölməz əsərləri ilə dünya şöhrəti qazanmışdır. Dahi sənətkar Nizami Gəncəvinin ölməz əsərləri həmişə gəncdir, aktualdır, bəşəridir və müasirdir. Nizami bütün zamanlar üçün humanizmin, ədalətin, bərabərliyin böyük carçısıdır.
Çıxışlar zamanı o da vurğulanmışdır ki, Heydər Əliyevlə başlanan ənənələr Ulu Öndərimizin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Azərbaycan Prezidentinin 2021-ci ili “Nizami Gəncəvi İli” elan etməsi tarixi bir hadisədir. Bu gün hər bir Azərbaycan vətəndaşı vətənpərvərlik hissi ilə yaşamalı, vətənin hər bir çağırışına hər an hazır olmalıdır.

Keçidlər