Ağcabədidə “Yüksəliş” müsabiqəsinin İdarəetmə bacarıqları üzrə imtahanı keçirilib.
06 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, və Dövlət İmtahan Mərkəzinin birgə dəstəyi ilə Ağcabədi şəhər M.Aranlı adına 11 saylı tam orta məktəbdə “Yüksəliş” müsabiqəsinin əyani mərhələsi keçirilmişdir.
"Əyani mərhələnin sonuncu imtahanı olan “İdarəetmə bacarıqları üzrə imtahan”ın sual tərtibatı insan kapitalının qiymətləndirilməsi üzrə müvafiq imtahan proseslərində tətbiq edilən dünya təcrübəsinə əsaslanıb".
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi 21-51 yaş aralığında, 2 illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə zamanı 11760 nəfər qeydiyyatdan keçib. Onlardan 9775 nəfər qəbul edilib.
İntellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunmuş “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı sərəncamla təsis olunub.