Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda Azərbaycanın Milli Qəhrəmanı Namiq Abdullayevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə açıq rayon birinciliyi keçirilmişdir.

15 may 2014 | 10:00

14 may 2014-cü il tarixində  Nizami Gəncəvi adına Avşar kənd 1 saylı tam orta  məktəbin  idman zalında Azərbaycanın Milli Qəhrəmanı Namiq Abdullayevin  xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə uşaq və yeniyetmələr arasında  açıq rayon birinciliyi  keçirilmişdir.
    Yarışda 10 rayondan  idmançılar  iştirak etmişdir.  Yarışda Rayon Gənclər və  İdman idarəsinin müdiri Rüfət Quliyev, Güləş Federasiyasının nümayəndəsi Fərəqət Cəlalov və digər şəxslər iştirak etmişdir.
   Azərbaycanın Milli Qəhrəmanı Namiq Abdullayevin  xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə uşaq və yeniyetmələr arasında  açıq rayon birinciliyinin qalibləri  Gənclər və İdman İdarəsinin Fəxri fərmanı və qiymətli hədiyyələrlə mükafatlandırılmışdılar.

 

Keçidlər