Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə Vətən müharibəsi şəhidlərinin xatirəsi əbədiləşdirilib VİDEO

29 yanvar 2021 | 11:00

Ağcabədi rayon İcra Hakimiyyəti başçısı cənab Rafil Hüseynovun Sərəncamına əsasən rayonumuzdan olan bütün şəhidlərin xatirəsi əbədiləşdirilir. Onların adlarının
şəhər və kəndlərin küçələrinə verilməsinə başlanılıb. 29 yanvar 2021-ci il tarixdə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Media nümayəndələri, şəhər sakinləri və şəhidlərin ailə üzvlərinin iştirakı ilə şəhər ərazisində yerləşən ayrı-ayrı küçələrdə advermə mərasimləri keçirilib.

Vətən Müharibəsi şəhidləri Xəyal Həziyev, Mirəli Hüseynov, Məhəmməd Məmmədov və Həsən Süleymanovun adları küçələrə verilərək, xatirələri əbədiləşdirilib. Həmin küçələrdə şəhidlərin ad və tərcümeyi hallarını əks etdirən xatirə lövhələri vurulub. Advermə mərasimlərində Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov, şəhidlərin ailə üzvləri, yaxınları çıxış ediblər. Şəhidlərin adlarını daşıyan küçələrdə yerləşən lövhələrin önünə tər çiçəkdəstələri qoyulub.

Ağcabədi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi rayon sakinləri tərəfindən böyük rəğbət və minnətdarlıq hissi ilə qarşılanmışdır. Qeyd edək ki, rayonumuzda şəhidlərin xatirəsinin əbədiləşdirilməsi davam etdirilir.

 

Keçidlər