Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə pambıq əkini üçün 8571,8 hektar sahə üçün müqavilə bağlanıb 6864,5 hektar sahədə isə qış şumu aparılıb

28 yanvar 2021 | 11:00

Cari ilin məhsulu üçün rayonda keçən ilə nisbətən daha çox pambıq əkilməsi planlaşdırılıb. Bunun üçün indiyədək 6864,5 hektar sahədə qış şumu aparılmışdır.Torpaq sahiblərinin sözlərinə görə, gələcək bol məhsulun bünövrəsi məhz bu dövrdə qoyulur. Fermerlər strateji sahə olan pambıqçılığı inkişaf etdirmək və bol məhsul götürmək üçün növbəli əkin sisteminə üstünlük verirlər. Artıq cari ilin məhsulu üçün rayonda fəaliyyət göstərən 3 pambıq emalı müəssisəsi ilə 8571,8 hektar sahədə pambıq əkilməsi üçün 1539 məhsul istehsalçısı ilə müqavilə bağlanılmış və bu iş bu gün də davam etdirilir.

Keçidlər