Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə COVID-19 infeksiyasına qarşı bu günədək 358 nəfər peyvənd olunub

23 yanvar 2021 | 11:00

Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası”na müvafiq olaraq, ölkəmizin bütün bölgələrində olduğu kimi, Ağcabədi rayonunda da vaksinasiya prosesinin birinci mərhələsinə start verilib.

Rayonda iki gün ərzində COVID-19 infeksiyasına qarşı 358 nəfər peyvənd olunub. Peyvəndin ikinci dozası 21 gündən sonra tətbiq ediləcək.

Təhlükəsizliyinə və effektivliyinə görə seçilən “CoronaVac” vaksini ilkin mərhələdə risk qrupuna daxil olan sakinlərə - səhiyyə işçilərinə, yaşı 65-dən yuxarı olan şəxslərə və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb edilmiş heyətə könüllülük əsasında vurulacaq.

Keçidlər