Şriftin ölçüsü :

Saytın rəngi :

Isveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Paskal Obişer Ağcabədi rayonunda olmuşdur.

13 may 2014 | 10:00

12 may 2014- cü il tarixdə saat 11:00 –da Isveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Paskal Obişerin Ağcabədi rayonuna  işgüzar səfəri olmuşdur.
    Səfər çərçivəsində  səfir Paskal Obişerin Ağcabədi  Rayon icra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədovla  görüşü olmuşdur.
    Səfərin məqsədi HEKS- EPER təşkilatının Azərbaycan nümayəndəliyi tərəfindən həyata keçirilən FARMS – Heyvandarlıq Resurslarına və Bazarına çıxışın asanlaşdırlması layihəsi, aztəminatlı heyvandarlıq məhsulları istehsalçılarının lazımi resurslarla ( istehsal vasitələrinə, xidmət və  bazara) çıxışlarının asanlaşdırılmasını təmin edilməsi sahəsində təşkilatın gördüyü işlərlə və qarşıdan duran məsələlərlə əlaqədar rayonun Minəxorlu, Gələbədin və Qiyaməddinli kəndlərində layihə iştirakçıları olan fermerlerlə görüşlər keçirməkdir.

 

Keçidlər