Ağcabədidə meydanda quraşdırılan şam ağacı işğaldan azad olan rayonların adı ilə bəzədilib
28 dekabr 2020 | 11:00
Ağcabədi şəhərinin mərkəzində, Heydər Əliyev meydanında quraşdırılan şam ağacı işğaldan azad olan rayonların adı və Azərbaycan-Türkiyənin dövlət bayraqları ilə bəzədilib.
Uzunluğu 9 metr olan "yolkanın" zirvəsində Dövlət bayrağı dalğalandırılır.
Vətən müharibəsində Ağcabədidən olan şəhidlərin - 40 hərbçinin və 1 mülki şəxsin xatirəsinə 41 ədəd xarı bülbül təsviri asılıb. Ağacın zirvəsində isə “Qarabağ Azərbaycandır!” şüarı yazılıb.